İDMAN


UEFA Çempionlar Liqasında ikinci turun ən yaxşı futbolçusunun adı açıqlanıb

Bakı, 5 oktyabr, Nicat Məmmədov, AZƏRTAC

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusunun adı açıqlanıb.

AZƏRTAC UEFA-nın saytına istinadla xəbər verir ki, azarkeşlər arasında keçirilən səsverməyə əsasən, “Barselona”nın hücumçusu Lionel Messi ən yaxşı oyunçu seçilib. O, argentinalı futbolçu, “Yuventus” klubunun hücumçusu Paolo Dibala, “Roma”nın hücumçusu Edin Dzeko və PSG komandasının əsas qol silahı sayılan Neymarı qabaqlayıb.

“Barselona”nın İngiltərənin “Tottenhem” klubuna 4:2 hesabı ilə qalib gəldiyi görüşdə Messi iki qol və bir məhsuldar ötürmə verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.