İDMAN


UEFA Konfrans Liqası: “Qəbələ” komandası Macarıstanın “Fehervar” klubuna qalib gəlib

Bakı, 28 iyul, AZƏRTAC

“Qəbələ” futbol klubu UEFA Konfrans Liqasında mübarizəni dayandırıb.

AZƏRTAC xəbər verir ki, komandamız turnirin ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Macarıstanın “Fehervar” klubunu qəbul edib.

Qəbələ şəhər stadionunda keçirilən oyunda təmsilçimizin start heyətində Səlahət Ağayev, İlkin Qırtımov, Ruan Renato, İsnik Alimi, Feras Abu Akal, Rövlan Muradov, Omar Hani, Asif Məmmədov, Rafael Utziq, Məqsəd İsayev və Felipe Santos yer alıblar.

“Fehervar”ın heyətində isə meydana Daniel Kovaç, Attila Fiola, Yevgeni Makarenko, Budu Zivzivadze, Loik Neqo, Artyom Şabanov, Stopira, Pal Darda, Nikola Serafimov, Marsel Heyster və Klaudiu Bumba çıxıblar.

Avstriyalı baş hakim Kristofer Yagerin idarə etdiyi oyun “Qəbələ”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Təmsilçimizin heyətində Rövlan Muradov və Felipe Santos fərqləniblər. Rəqib komandanın qolunu isə Budu Zivzivadze vurub.

Macarıstanda oynanılan ilk matçda “Qəbələ” 1:4 hesabı ilə uduzub. İki oyununun nəticəsinə görə, komandamız turnirdə mübarizəni dayandırıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.