Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

UEFA-nın prezidenti Aleksander Çeferindən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Azərbaycanda futbolun inkişafı ilə bağlı 2016-cı ildə Bakıda keçirdiyimiz görüşü məmnunluq hissi ilə xatırlayıram. İcazə verin, ötən müddətdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) və valehedici ölkənizin milyonlarla futbol azarkeşinə verdiyiniz dəstək üçün Sizə bir daha təşəkkürümü bildirim.

Prezidentliyinizin yeni dönəmində Bakıda dünya miqyaslı iki futbol tədbiri keçiriləcək - UEFA Avropa Liqası 2019-un final oyunu və Avro-2020-nin oyunları. Əminəm ki, Sizin dəstəyiniz və AFFA-nın diqqətəlayiq səyləri sayəsində hər iki vacib yarış birmənalı şəkildə uğurla keçiriləcəkdir.

Ali dövləti fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar arzulayıram.

Dərin hörmətlə,

 

Aleksander Çeferin

UEFA-nın prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin