İDMAN


UEFA nümayəndəsi: Avropa Liqasının final oyununun Bakıda keçirilməsi böyük hadisədir

Bakı, 15 may, AZƏRTAC

Bakıda AFFA-nın və UEFA-nın təşkilatçılığı ilə “Futbol və biznes” sammiti davam edir.

AZƏRTAC xəbər verir ki, sammitin “Futbol investisiyasından sosial fayda” mövzusunda ikinci iclasında UEFA-nın nümayəndəsi Aleksandr Kuçeryavıy UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirərək bunun böyük hadisə olduğunu bildirib. Qeyd edib ki, final oyunundan əvvəl irs yaradılmalıdır. Biznes və futbol haqqında sosial platformanın olması gözəl haldır. Çünki bu platformanın vasitəsilə fikirlərimizi bölüşür və müzakirələr aparırıq.

Azərbaycanda idmanın vergilərdən azad edilməsinin inkişaf strategiyasının bir hissəsi olduğunu vurğulayan A.Kuçeryavıy “UEFA Grow” modeli haqqında məlumat verib. O, milli assosiasiyaların biznesin inkişafına göstərdikləri dəstəkdən danışaraq deyib: “UEFA ilə AFFA arasında sıx və fəal əməkdaşlıq mövcuddur. AFFA bizim təklif etdiyimiz bilik və təcrübələrdən çox gözəl istifadə edir. Bu əməkdaşlıq sayəsində mühüm irəliləyişlər əldə olunur”.

“UEFA Grow” modelinin beynəlxalq futbolun inkişafındakı rolundan danışan UEFA-nın konsultantı Tim Krabbe bu modelin faydalarından söz açıb. Vurğulayıb ki, iqtisadiyyat, sosial və səhiyyə sahələrində modelin kifayət qədər uğurlu layihələri olub. Modeldə bu sahələrin futbolla birgə inkişafı nəzərdə tutulub. Bu model təkcə həmin üç istiqamətlə kifayətlənmir. Könüllülərin yarışlara cəlb olunması və onların dünyagörüşünün inkişaf etdirilməsi də xüsusi istiqamətlərdən biridir.

Uşaqlar, böyüklər, peşəkar və həvəskarların eyni şövqlə futbol oynadıqlarını diqqətə çatdıran UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin hazırda bəzi ölkələrdə uşaqların müxtəlif zorakılıq hallarına məruz qaldıqlarını bildirib. O deyib ki, bütün bunlara baxmayaraq, uşaqlar futboldan uzaq qalmırlar. Məsələn, Əfqanıstanda ictimai-siyasi vəziyyət gərgin olsa da, uşaqlar futbol oynamaqdan yorulmurlar. Bütün ölkələrdə uşaqların əyləncəsi üçün şərait yaradılmalıdır. Bu, hamımızın borcudur.

UNICEF ilə AFFA arasında müxtəlif mövzularda uğurlu layihələrin həyata keçirildiyini diqqətə çatdıran E.Karvardin bu əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.