SİYASƏT
UKRAYNA ƏDLİYYƏ NAZİRLİYİ UKRAYNA AZƏRBAYCANLILARI KONQRESİ RƏHBƏRLİYİNİN TƏRKİBİNDƏKİ DƏYİŞİKLİYİ TƏSDİQ ETMİŞDİR
Kiyev, 15 iyun (AZƏRTAC). Ukrayna Azərbaycanlıları Konqresindən (UAK) bildirmişlər ki, iyunun 15-də bu təşkilata ölkənin Ədliyyə Nazirliyindən rəsmi sənədlər daxil olmuşdur.
Ukraynanın ədliyyə naziri Aleksandr Lavrinoviçin bu ölkənin “Vətəndaşların birliyi haqqında” Qanununa müvafiq olaraq imzaladığı əmrdə Ukrayna Azərbaycanlıları Konqresinin rəhbər orqanlarının tərkibinə dəyişikliklər barədə məlumatı qurumun 2010-cu il mayın 23-də baş tutmuş hesabat-seçki konfransının qərarı əsasında nəzərə alınmışdır.
Ukrayna Ədliyyə Nazirliyinin Vətəndaş birliklərinin, kütləvi informasiya vasitələrinin və informasiya agentliklərinin mətbu orqanlarının dövlət qeydiyyatının leqallaşdırılması Departamentinin direktoru O.Semerkinanın imzaladığı digər məktubda deyilir ki, Ədliyyə Nazirliyi Ukrayna Azərbaycanlıları Konqresinin hesabat-seçki konfransının qərarı ilə qəbul edilmiş UAK-ın rəhbər orqanlarının tərkibinə dəyişikliklər barədə məlumatı nəzərə almışdır.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev