Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“ULDUZ SARAYI” DÖVLƏT İQAMƏTGAHI HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

1977-1980-ci illərdə Bakı şəhərinin Sonaxanım Vəlixan küçəsində Heydər Əliyevin təşəbbüsü və bilavasitə iştirakı ilə inşa edilmiş bina Azərbaycan memarlığının parlaq nümunələrindən biridir. Bu bina inşa edilərkən onun əsas təyinatı kimi Azərbaycana dövlət səviyyəsində gələn rəsmi qonaqların yerləşdirilməsi nəzərdə tutulmuşdur. Hal-hazırda bu bina göstərilən məqsədlər üçün istifadə edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq qərara alıram:1.Bakı şəhəri, Sonaxanım Vəlixan küçəsi, 5 ünvanında yerləşən binaya dövlət iqamətgahı statusu və “Ulduz sarayı” adı verilsin. 2.Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti. Bakı şəhəri, 1 iyul 2003-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin