SİYASƏT
ÜMUMMİLLİ LİDERİMİZİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ TƏDBİRLƏR KEÇİRİLİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Əli Bayramlı DRES-də ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 81 illiyinə həsr edilmiş müxtəlif tədbirlər keçirilir.
Stansiyada yaradılmış muzeyə böyük diqqət yetirilmişdir. Bura yeni eksponatlar gətirilmiş və indi o, şəhərin ən zəngin ekspozisiyaya malik muzeylərindən biridir. Nadir fotoşəkillər və sənədlər ümummilli liderimizin Azərbaycan dövlətçiliyinin təşəkkülündə, milli təhlükəsizliyinin və beynəlxalq nüfuzunun möhkəmləndirilməsində müstəsna rolunu nümayiş etdirir.
Respublika baxışında fərqlənmiş muzeydə elektrik energetikasına həsr olunmuş zəngin ekspozisiya da vardır.