ELM VƏ TƏHSİL
UNEC beynəlxalq konfransa ev sahibliyi edəcək
Bakı, 27 yanvar, AZƏRTAC
Yanvarın 30-31-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Təhsilin sosial-iqtisadi inkişafda rolu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə dövlət qurumlarının, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri və tanınmış ictimai xadimlər iştirak edəcəklər.
Konfransın işi “Təhsil və sosial-iqtisadi inkişaf”, “Təhsil sektorunun inkişafı: qlobal meyillər, mütərəqqi təcrübələr və islahatlar”, “Tədrisin keyfiyyətinin idarə edilməsinə yeni yanaşma” mövzularında panellər üzrə təşkil ediləcək, iclaslarda yerli və xarici ekspertlərin məruzələri dinləniləcək.