ELM VƏ TƏHSİL


UNEC-də Əziz Səncər adına Qida təhlükəsizliyi laboratoriyasının açılışı olub

Bakı, 6 dekabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) kimya üzrə Nobel mükafatı laureatı, professor Əziz Səncər adına Qida təhlükəsizliyi laboratoriyasının açılışı olub.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, BP-nin dəstəyi ilə UNEC-in 3 saylı tədris binasında yaradılan laboratoriyanın açılışında Nobel mükafatçısı professor Əziz Səncər, UNEC-in rektoru professor Ədalət Muradov, BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli iştirak ediblər.

Müasir texnologiyalarla və avadanlıqla təchiz olunan laboratoriya ilə tanışlıq zamanı Əziz Səncərə bildirilib ki, laboratoriya “Qida məhsullarının texnologiyası” kafedrasının nəzdində fəaliyyət göstərir. Laboratoriyada elmi-praktik araşdırmalar, tədqiqatlar və ekspertizalar aparılacaq, qida məhsullarının müvafiq standartlara, tələblərə uyğunluğunun qiymətləndirilməsi, eləcə də qida məhsullarının keyfiyyət göstəriciləri üzrə laboratoriya analizi həyata keçiriləcək. Həmçinin qida sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təkliflər, normativ-hüquqi aktlar, metodiki materiallar işlənib-hazırlanacaq, qida məhsullarının texnologiyası sahəsindəki islahatların elmi və praktiki əsaslandırılması aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.