ELM VƏ TƏHSİL


UNEC-də magistrantlar üçün təlimlər

Bakı, 24 fevral, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq magistratura və doktorantura mərkəzinin təşkilatçılığı ilə magistrantlar üçün ödənişsiz olaraq SPSS (Sosial elmlər üçün statistik paket - Statistical Package for Social Seciences) təlimləri keçirilir.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, SPSS elmi-tədqiqat institutları, akademik təşkilatlar, tədqiqatçılar üçün nəzərdə tutulan və beynəlxalq səviyyədə tanınan statistika və data analitikası proqram təminatıdır. Təlim bu sahədə peşəkar mütəxəssis, UNEC-in İqtisadiyyat və işlətmə kafedrasının müəllimi Şahin Əkbərov tərəfindən aparılır. İlk təlimdə yerli tələbələrlə yanaşı, əcnəbilər də iştirak edib.

“Zoom” platforması üzərindən təşkil olunan təlimin həftədə bir dəfə 2 saat olmaqla, ümumilikdə 15 saat tədris edilməsi nəzərdə tutulur. Təlimdə nəzərdə tutulan mövzular əsasında tələbələrə proqramla bağlı geniş məlumatlar verilir, iştirakçıların sualları cavablandırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.