ELM VƏ TƏHSİL
UNEC-də seminar: İqtisadi qərarların verilməsində koqnitiv xətalar və onların davranışda təzahürü
Bakı, 21 iyun, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) iyunun 25-də Koqnitiv İqtisadiyyat Tədqiqat Mərkəzinin rəhbər müavini, ABŞ-ın Auburn Universitetinin aqrobiznes və eksperimental iqtisadiyyat üzrə assistant professoru Samir Hüseynovun təqdimatında “İqtisadi qərarların verilməsində koqnitiv xətalar və onların davranışda təzahürü” mövzusunda onlayn seminar keçiriləcək.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, seminar tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi və Koqnitiv İqtisadiyyat Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə reallaşacaq.
Seminar UNEC-in tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin rəsmi feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.