ELM VƏ TƏHSİL


UNEC-in tələbəsi Lütfi Zadə adına təqaüdə layiq görülüb

Bakı, 12 fevral, AZƏRTAC

Lütfi Zadə İrsi və Süni İntellekt Assosiasiyası və “AzEdu Academy”nin birgə təşəbbüsü ilə Lütfi Zadə adına təqaüd təsis edilib. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rəqəmsal iqtisadiyyat fakültəsində kompüter elmləri ixtisası üzrə təhsil alan I kurs tələbəsi Fidan Vəlizadə bu təqaüdə layiq görülüb.

Bu barədə AZƏRTAC-a UNEC-dən məlumat verilib. Bildirilib ki, istedadlı gənclərə dəstək olmaq və tanınmış alim Lütfi Zadənin xatirəsini yaşatmaq məqsədilə təsis edilən təqaüd texniki və texnoloji ixtisaslar üzrə bakalavriatura səviyyəsində təhsil alan, Vətən müharibəsində, eləcə də I Qarabağ müharibəsində şəhid və ya qazi olan şəxslərin övladları üçün nəzərdə tutulur.

Fidan Vəlizadənin atası I Qarabağ müharibəsində iştirak edərək qazi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.