ELM VƏ TƏHSİL


UNESCO və Afrika ölkələri ilə təhsil sahəsində mövcud əməkdaşlıq əlaqələri müzakirə olunub

Bakı, 4 oktyabr, AZƏRTAC

Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev Afrika ölkələrinin UNESCO üzrə Milli Komissiya Baş katibləri və nümayəndələri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat verib.

Bildirilib ki, görüşdə UNESCO və Afrika ölkələri ilə təhsil sahəsində mövcud əməkdaşlıq əlaqələri müzakirə olunub. Həmçinin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üzrə ölkəmizin fəaliyyəti, təhsil sahəsində ölkəmizin uğurlu təcrübəsi, o cümlədən təhsilin bütün pillələri üzrə əlçatanlığın və keyfiyyətin təmin olunması istiqamətində həyata keçirilmiş fəaliyyətlərə dair ölkəmizdə səfərdə olan Afrika ölkələrinin UNESCO üzrə Milli Komissiya Baş katibləri və nümayəndələrinə məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.