İDMAN


U-16 qızlar Liqası turnirinin qalibləri mükafatlandırılıb

Bakı, 1 iyun, AZƏRTAC

“UNICEF Azerbaijan”ın ofisində AFFA-nın futbol üzrə U-16 qızlar Liqası turnirinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, UNICEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin, müğənni Samira Allahverdiyeva iştirak ediblər.

Liqanın ən yaxşı oyunçusu “Mingəçevir”in futbolçusu Nigar Mirzəliyeva seçilib. Ən məhsuldar oyunçu 47 qolla “Təhsil” FM-in futbolçusu Sona Rəhimova olub. Ən yaxşı məşqçi nominasiyasında “Təhsil” FM-in məşqçisi Elvin Həmidov təltif edilib.

Xatırladaq ki, liqanın qalibi “ Təhsil” FM komandası olub. “Mingəçevir” ikinci, “Fidan” isə üçüncü yeri tutublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.