İDMAN


Üçüncü Avropa Oyunlarının ilkin proqramına 24 idman növü daxil edilib

Bakı, 16 sentyabr, AZƏRTAC

Polşanın Krakov şəhərində 2023-cü ildə keçiriləcək Avropa Oyunlarının ilkin proqramına 24 idman növü daxil edilib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, oyunlarda kamandan oxatma, sinxron üzgüçülük, badminton, basketbol - 3x3, çimərlik həndbolu, breyk-dans, kanoe (kayak və kanoe, kanoe slalom), velosiped idmanı (BMX, şose), qılıncoynatma, gimnastika, cüdo, karate, müasir beşnövçülük, dağ qaçışı, reqbi-7, atıcılıq, trampilindən tullanma (yay), idman dırmanması, stolüstü tennis, triatlon, voleybol, çimərlik voleybolu, ağırlıqqaldırma idman növləri üzrə yarışlar keçiriləcək.

Qeyd edək ki, birinci Avropa Oyunları 2015-ci ildə Bakıda, ikinci Avropa Oyunları isə ötən il Belarusun paytaxtı Minskdə təşkil edilib. Üçüncü Avropa Oyunlarının isə 2023-cü il iyunun 9-dan 24-dək keçirilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.