Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Ukrayna-Gürcüstan Beynəlxalq Elm və Təhsil İnstitutunun tədris işləri üzrə prorektoru Mahmud Kamaloğludan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Çox qədim və zəngin tarixə malik Azərbaycana rəhbərlik etdiyiniz bu illərdə ölkəmiz çox sürətlə inkişaf edərək dünyanın qabaqcıl dövlətlərindən birinə çevrilmişdir. Bu, Sizin yorulmaz fəaliyyətiniz nəticəsində mümkün olmuşdur.

Biz - Gürcüstanda yaşayan azərbaycanlılar tarixi Vətənimizdə gedən bütün siyasi, iqtisadi və mədəni prosesləri çox diqqətlə izləyirik. Xüsusən də xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün göstərdiyiniz qətiyyəti çox yüksək dəyərləndiririk. İnanırıq ki, səyləriniz hədər getməyəcək, haqq və ədalət tezliklə öz yerini tapacaq, torpaqlarımız işğaldan azad olunacaqdır.

Möhtərəm Prezident, Siz Azərbaycanda yaşayan azərbaycanlılarla yanaşı, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ənənəni davam etdirərək, ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımızın da hər zaman qayğısına qalırsınız. Xüsusən, Gürcüstanda yaşayan azərbaycanlılara daim böyük qayğı və diqqətinizi soydaşlarımız minnətdarlıqla qarşılayırlar, Sizin hər bir uğurunuz bizə çox böyük sevinc bəxş edir.

Bu xoş fürsətdən istifadə edərək, doğum gününüz münasibətilə Sizi Gürcüstanda yaşayan azərbaycanlı elm adamları və ziyalılar adından səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, cansağlığı arzulayır və doğma Azərbaycanımızın daha da inkişafı yolunda uğurlar diləyirik.

Hörmətlə,

Mahmud Kamaloğlu

Gürcüstandan Ukrayna-Gürcüstan Beynəlxalq Elm və Təhsil İnstitutunun tədris işləri üzrə prorektoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin