DÜNYA
Ukrayna dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında müqavilənin ləğvi ilə bağlı Rusiyaya nota göndərib
Kiyev, 21 sentyabr, AZƏRTAC
Ukrayna Xarici İşlər Nazirliyi dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında müqavilənin ləğvi ilə bağlı Rusiyaya nota göndərib.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Pavel Klimkin bu gün keçirdiyi mətbuat konfransında deyib. “Bu gün notanı Rusiya dövlətinə təqdim etmişik”, - deyə XİN rəsmisi əlavə edib.
Qeyd edək ki, 1997-ci ildə imzalanan dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında müqavilədə Ukrayna və Rusiya arasında qarşılıqlı hörmət, suveren bərabərlik, ərazi bütövlüyü, sərhədlərin pozulmazlığı, mübahisələrin sülh yolu ilə həlli, iqtisadi və digər növ təzyiq vasitələrindən istifadə də daxil olmaqla, güc tətbiq etməmək və güclə hədələməmək prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq münasibətlərinin qurulması nəzərdə tutulurdu.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]
2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub
- 07.05.2024 [14:50]