DÜNYA
Ukraynada bir kişi üçüncü dəfə COVID-19-a yoluxub
Kiyev, 30 iyul, AZƏRTAC
Ukraynanın Ternopol vilayətində bir kişi üçüncü dəfə COVID-19-a yoluxub. AZƏRTAC “rbc.ua” saytına istinadla xəbər verir ki, bunu Ternopol Regional Dövlət Administrasiyasının Səhiyyə şöbəsinin rəisi Vladimir Boqayçuk deyib. Onun sözlərinə görə, bu fakt koronavirus infeksiyasından sağalanların yenidən həmin xəstəliyə yoluxma ehtimalını bir daha təsdiqləyir.
Hazırda Ternopol vilayətində 1075 nəfər koronavirusa yoluxmuş xəstə var və onlardan 144-ü stasionar şəraitdə müalicə alır. Bununla yanaşı, regionda COVID-19 xəstəliyi ilə bağlı vəziyyətin gərginləşməsi müşahidə olunur. Xüsusilə Monastır rayonunda demək olar ki, bütün xəstələr ağır vəziyyətdədir.
Ukraynada COVID-19 virusuna yoluxanların ümumi sayı 68,8 min nəfəri ötüb. Ölkədə bu xəstəlikdən indiyədək 1673 nəfər ölüb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]