DÜNYA


Ukraynada saxlanılan İŞİD üzvünün İstanbulda terror aktı təşkil edən şəxsin köməkçisi olduğu müəyyənləşdirilib

İstanbul, 10 sentyabr, AZƏRTAC

Ukrayna Təhlükəsizlik Xidməti əməkdaşlarının sentyabrın 9-da Kiyevdə saxladıqları İŞİD üzvünün İstanbulun Atatürk hava limanında törədilən terror aktının təşkilatçısı Ahmet Çatayevin köməkçisi olduğu müəyyənləşdirilib.

AZƏRTAC xəbər verir ki, İnterpol tərəfindən beynəlxalq axtarışda olan həmin şəxs İŞİD terror təşkilatının liderlərindən biridir. Onun Suriyada və İraqda döyüş əməliyyatlarında, eləcə də terrorçuların təlimlərində iştirak etdiyi bildirilir.

Xatırladaq ki, saxlanılan terrorçu 2018-ci ildə postsovet ölkələrinin birindən saxta sənədlə Ukraynaya daxil olub.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.