MƏDƏNİYYƏT
Ukraynanın Milli İncəsənət Muzeyi – FOTOREPORTAJ VİDEO
Kiyev, 19 avqust, AZƏRTAC
Ukraynanın Milli İncəsənət Muzeyi 1899-cu ildə yaradılıb və “Şəhər Əntiq Əşyalar və İncəsənət Muzeyi” adlandırılıb. 1904-cü ildə muzey Kilsə tərəfindən təqdis edilib, onun təntənəli açılışı keçirilib. 1936-cı ilədək imperator Nikolay Aleksandroviç adına Kiyev İncəsənət-Sənaye və Elm Muzeyi adını daşıyıb.
AZƏRTAC xəbər verir ki, hazırda muzeyin fondunda 40 mindən artıq eksponat saxlanılır. Lakin ekspozisiyada onlardan 400-ü nümayiş etdirilir. Bu da eksponatların ümumi sayının bir faizinə bərabərdir. Kolleksiyaya Ukrayna rəssamlığı, heykəltəraşlığı və qrafikasının Kiyev Rus Dövləti dövründən müasirliyədək olan şah əsərləri daxildir. Təqdim olunan ən qədim ekspozisiya - XII əsrə aid edilən “Bizans ikonası”dır.
Muzeyin kolleksiyası indiki gündə artırılır. Burada XX əsrin sonları - XXI əsrin əvvəllərinə aid yeni cərəyanlar da öz əksini tapır.
Rüstəm Məmmədli
Kiyev