SİYASƏT


“Ukrinform” informasiya agentliyi Prezident İlham Əliyevin uğurlu siyasətindən bəhs edən məqalə dərc edib

Kiyev, 19 oktyabr, AZƏRTAC

Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundovanın “Ukrinform” informasiya agentliyinin saytında 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə geniş məqaləsi dərc edilib. (https://www.ukrinform.ru/rubric-world/3119388-azerbajdzan-29-let-nezavisimosti-novye-realii-i-novye-vyzovy.html)

AZƏRTAC xəbər verir ki, “Azərbaycan: 29 illik müstəqillik. Yeni reallıqlar və yeni çağırışlar” sərlövhəli məqalədə səfir ölkəmizin ötən illər ərzində keçdiyi yolları, əldə etdiyi uğurları, qarşılaşdığı problemləri təhlil edib.

Elmira Axundova məqaləsində yazır ki, xalqın çağırışı ilə yenidən hakimiyyətə gələn ulu öndər Heydər Əliyev qısa müddətdə səmərəli bir ordu yaratdı və 1993-cü ilin noyabrından 1994-cü ilin mayına qədər Ağdam və Füzuli bölgələrinin ərazilərinin bir hissəsini azad etdi. Azərbaycanın tarixi bir irəliləyiş əldə etməsinə kömək edən neft müqavilələrini imzaladı.

Ümummilli lider Heydər Əliyevin uğurlu siyasətini təhlilindən sonra səfir onun layiqli davamçısı Prezident İlham Əliyev haqqında deyir: “Prezident İlham Əliyevin son illərdəki fəaliyyəti sübut edir ki, şəxsiyyətin tarixdəki rolu böyük və mübahisəsizdir. Azərbaycan Prezidentinin bəxş etdiyi ümumxalq sevgisi və dəstəyi ona həqiqi müstəqil siyasət yürütməyə imkan verən manevr üçün geniş imkan açır”.

Dağlıq Qarabağ münaqişəsinə toxunan Elmira Axundova məqaləsində vurğulayıb ki, iyul, avqust və sentyabr ayları Azərbaycan üçün həqiqət anı idi və Ermənistandan gələn bir sıra təxribatlardan sonra Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş əraziləri azad etmək üçün əks-hücum və antiterror əməliyyatına başladı: “Bu gün Azərbaycan əsgəri Vətəni uğrunda mübarizə aparır. Azərbaycan xalqı qələbəyə, torpaqlarının işğalçılardan tezliklə azad olunacağına inanır. Çünki bütün dünya bilir: Qarabağ Azərbaycandır!”

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.