“Ulu Öndər davamçıların gözü ilə” adlı esse müsabiqəsinə start verilir
AzerTAg.az
Bakı, 7 may, AZƏRTAC
“Davam” Gənclər Hərəkatı ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Ulu Öndər davamçıların gözü ilə” adlı esse müsabiqəsinə start verir.
Gənclər Hərəkatından AZƏRTAC-a bildiriblər ki, şərtlər sadədir - esselər Azərbaycan dilində, word faylında olmalı, arial - 12 şrifti ilə yazılmalı, faylın ölçü və görünüş cəhətdən səliqəli olmasına diqqət edilməlidir. İştirakçı haqqında lazımi məlumatlar (Ad, soyad, təvəllüd, əlaqə nömrəsi, e-mail ünvanı) word faylının sonunda tam formada qeyd olunmalıdır.
Son müraciət tarixi mayın 8-i olan müsabiqədə iştirak etmək üçün yaş həddi 16-29-dur.
Müsabiqə üzrə esselər “Heydər Əliyev–99” başlığı ilə [email protected] mail ünvanına göndərilməlidir.

Xəbərin mətnində orfoqrafik səhv var