SİYASƏT


Ulu öndər Heydər Əliyevin anadan olmasının ildönümü Çin Xalq Respublikasında qeyd edilmişdir

Pekin, 9 may (AZƏRTAC). Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

Əvvəlcə tədbir iştirakçıları görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevə həsr edilmiş müxtəlif kitablardan ibarət sərgi ilə tanış olmuşlar.

Azərbaycanın Cindəki səfiri Lətif Qəndilov mərasimi açaraq görkəmli dövlət xadiminin keçdiyi şərəfli həyat yolundan danışmışdır. Bildirilmişdir ki, Ulu Öndər sovet və müstəqillik dövründə Vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi ilə, qurub-yaratmaq amalı ilə yaşamışdır. Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidməti onun şah əsəri olan müasir müstəqil Azərbaycanı yaratmasıdır.

Dahi Heydər Əliyevin nəinki zəmanəmizin, eləcə də bəşəriyyət tarixinin ən görkəmli siyasi və dövlət xadimləri sırasında layiqli yer tutduğunu qeyd edən səfir Azərbaycan ilə Çin arasında dərin tarixi köklərə malik dostluq əlaqələrinin genişlənməsində Ulu Öndərin rolunu xüsusi vurğulamışdır.

Digər çıxış edənlər ümummilli lider Heydər Əliyevin xalqımızın müstəqilliyi, suverenliyi və tərəqqisi uğrunda ağır mübarizədə keçən məşəqqətli və şərəfli həyat yolundan bəhs etmişlər. Qeyd olunmuşdur ki, Azərbaycanın hazırkı dövrdə sürətli inkişafının təməli məhz ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur.

Sonda ümummilli lider Heydər Əliyevə həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.