CƏMİYYƏT


Umayra Tağıyeva: Bu il Azərbaycanda 37 sel və daşqın hadisəsi baş verib

Bakı, 22 oktyabr, AZƏRTAC

Azərbaycan iqlim dəyişmələrinə həssas olan ölkələrdən biridir. Bunu bizim çoxillik meteoroloji məlumatların təhlili sübut edir. Əgər 1960-2000-ci illərdə ölkədə il ərzində sel və daşqın hadisələri 2-3 dəfə baş verirdisə, ötən il həmin hadisələrin sayı 35-ə çatıb. Bu il isə Azərbaycanda 37 sel və daşqın hadisəsi baş verib.

AZƏRTAC xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva BMT Günü və Qlazqoda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi Konfransına (COP26) həsr olunmuş tədbirdə deyib.

U.Tağıyeva bildirib ki, son iki ildə yaşadığımız quraqlıq həm iqtisadiyyat, həm də əhali üçün böyük problemlər yaşadıb. Bu da iqlim dəyişmələrinin fəsadlarıdır. Kənd təsərrüfatı üçün risklər artıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.