CƏMİYYƏT


Ümumdünya Qida Təhlükəsizliyi Günü ilə əlaqədar AQTİ-də “Açıq qapı” günü keçiriləcək

Bakı, 27 may, AZƏRTAC

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Açıq qapı” layihəsi davam edir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a bildirilib ki, Ümumdünya Qida Təhlükəsizliyi Günü ilə əlaqədar - iyunun 7-də saat 11:00-dan 13:00-a kimi agentliyin tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) “Açıq qapı” günü keçiriləcək.

Məqsəd beynəlxalq aləmdə qeyd olunan bu tarixin mahiyyətinə, o cümlədən qida təhlükəsizliyinin insan sağlamlığında oynadığı rola, bu sahədə risklərin vaxtında aşkarlanması və qarşısının alınması istiqamətində laboratoriyalar şəbəkəsinin üzərinə düşən məsələlərə diqqət çəkmək, həmçinin bu sahədə ölkəmizdə görülən işlərlə bağlı daha geniş auditoriyanı məlumatlandırmaqdır.

“Açıq qapı” günündə iştirakçılar institutun laboratoriyalarına baxış keçirəcək, laboratoriyaların maddi-texniki bazası ilə yaxından tanış olacaq, qida məhsullarının yoxlanılması prosesində iştirak etməklə, qida məhsullarının laboratoriyalara qəbulu anından son müayinə nəticələrinə qədər keçdiyi bütün mərhələləri əyani şəkildə izləyəcəklər.

“Açıq qapı” günlərində iştirak etmək istəyən vətəndaşlar (012) 565 12 72, daxili (206) telefon nömrələrinə zəng edib qeydiyyatdan keçə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.