CƏMİYYƏT


Ümumdünya Səhiyyə Təşkilatı koronavirusdan sağalan insanları “omikron” ştamı ilə yoluxma riski barədə xəbərdar edir

Bakı, 29 noyabr, AZƏRTAC

Koronavirusdan sağalan insanlar “omikron” ştamı ilə qarşılaşdıqda asanlıqla təkrar yoluxa bilirlər. AZƏRTAC xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) saytında bildirilir.

Koronavirusun “omikron” ştamı tamamilə yenidir, lakin ÜST virusun bu variantının "yüksək ötürülmə qabiliyyətinə" malik olduğu barədə xəbərdarlıq edir. Tədqiqatçılar, həmçinin “omikron”un nə qədər virulent olduğunu, yəni onun gedişinin nə qədər ağır və ya öldürücü ola biləcəyini öyrənməlidirlər. Alimlər yeni ştamın "delta" variantından daha yumşaq ola biləcəyini istisna etmirlər.

Bundan başqa, mövcud peyvəndlərin “omikron” ştamından qoruya bilib-bilmədiyini öyrənmək üçün də müəyyən vaxt lazım olacaq.

“Omikron” ştamının virusun digər variantları, o cümlədən “delta” ilə yoluxmalarla müqayisədə daha ağır xəstəliyə səbəb olub-olmadığı hələ aydın deyil. İlkin məlumatlar Cənubi Afrikada xəstəxanalara yerləşdirmə hallarının artdığını göstərir, lakin bu, “omikron” variantı ilə yoluxma ilə deyil, yoluxmuş insanların ümumi sayının artması ilə əlaqədar ola bilər", - deyə, ÜST-nin məlumatında bildirilir.

Təşkilat qeyd edir ki, hazırda “omikron” infeksiyasının simptomlarının digər ştamların simptomlarından fərqləndiyini ehtimal etməyə imkan verən heç bir məlumat yoxdur.

Tədqiqatçılar koronavirusun yeddi əsas əlaməti - asqırma, baş ağrısı, zökəm, iybilmə hissinin itirilməsi, boğaz ağrısı, öskürək, titrətmə-qızdırmaya diqqət yetirirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.