Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Ümumhəmkarlar İttifaqları Konfederasiyasının prezidenti, Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasının sədri Mixail Şmakovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Prezidenti seçkilərində yenidən inamlı qələbə qazanmağınız münasibətilə Ümumhəmkarlar İttifaqları Konfederasiyası və Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyası adından ən səmimi təbriklərimi qəbul edin. Həmkarlar ittifaqları Azərbaycanın möhkəmlənməsi və inkişafı, onun beynəlxalq nüfuzunun yüksəlməsi və ölkədə sosial proqramların həyata keçirilməsi sahəsində səmərəli fəaliyyətinizi, xalqlarımız arasında dostluğun inkişafı və möhkəmlənməsinə töhfənizi yüksək dəyərləndirirlər.

İnanırıq ki, bundan sonra da Prezident vəzifəsində Siz öz nüfuzunuzdan və zəngin təcrübənizdən geniş əhali təbəqələrinin mənafeləri naminə fəal istifadə edəcək, ölkə iqtisadiyyatının sabit inkişafı, ədalətli sosial dövlət quruculuğu, Azərbaycan vətəndaşlarının layiqli həyat səviyyəsi üçün şərait yaratmaq kursunu davam etdirəcəksiniz.

Sizə möhkəm cansağlığı, yeni-yeni uğurlar arzulayıram, ümidvaram ki, həmkarlar ittifaqlarını bundan sonra da dəstəkləyəcəksiniz.

Hörmətlə,

 

Mixail Şmakov

Ümumhəmkarlar İttifaqları Konfederasiyasının prezidenti,

Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasının sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin