ELM VƏ TƏHSİL


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilən intellektual yarış keçirilib

Bakı, 28 aprel, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilən “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, 19 komanda arasında keçirilən virtual turniri tələbələr böyük maraq və həyəcanla izləyiblər. Yarışmada Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi və Maliyyə və mühasibat fakültəsinin tələbələrinin təmsil olunduğu “Spice boyz” komandası qalib olub. İkinci yeri Maliyyə və mühasibat fakültəsinin tələbələrindən ibarət “Rars”, üçüncü yeri isə “Bruh moment” komandası qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.