İDMAN


Uşaq-gənclər idman-şahmat məktəbinin idmançıları “Victory cup” beynəlxalq turnirində uğurla çıxış ediblər

Bakı, 13 may, AZƏRTAC

Uşaq-gənclər idman-şahmat məktəbinin idmançıları Antalyada yeniyetmə (U17) idmançılar arasında sərbəst, yunan-Roma və qadın güləşi üzrə keçirilən “Victory cup” beynəlxalq turnirində uğurla çıxış ediblər.

AZƏRTAC xəbər verir ki, yığma komandanın tərkibində çıxış edən “Təhsil” Respublika İdman Mərkəzinin Gəncə şəhər 1 nömrəli uşaq-gənclər idman-şahmat məktəbinin sərbəst güləş üzrə idmançıları Vasif Bağırov (48 kq) birinci, Sadiq Hüseynov (45 kq) ikinci, 1 nömrəli Respublika İxtisaslaşmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (RİOEUGİM) yetirməsi Elman Ağayev (51 kq) üçüncü yerləri tutublar.

Yunan-Roma güləşi üzrə komanda üzvlərindən 2 nömrəli RİOEUGİM-in təmsilçisi Murad Əliyev (51 kq) qızıl, Gəncə şəhər uşaq-gənclər idman-şahmat məktəbinin güləşçiləri Hüseyn Savadov (45 kq), Əli Əlizadə (65 kq), 5 nömrəli RİOEUGİM-in idmançısı Məhəmməd Qasımzadə (60 kq) gümüş, 2 nömrəli respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin təmsilçisi Tural Əhmədov (55 kq) bürünc medal qazanıblar.

Qeyd edək ki, turnirdə sərbəst güləş üzrə Azərbaycan yığma komandası 3 qızıl, 2 gümüş, 4 bürünc olmaqla 9 medal qazanaraq komanda hesabında üçüncü yeri tutub. Yunan-Roma güləşi üzrə isə 3 qızıl, 4 gümüş, 3 bürünc medal qazanan komandamız ümumi hesabda qalib adına layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.