Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Uzunömürlülər II yaradıcılıq festivalında bir araya gəldilər FOTO VİDEO

Lerik, 28 may, İsmayıl Cəfərli, AZƏRTAC

Lerikdə Uzunömürlülərin II yaradıcılıq festivalı keçirilib. Ümummilli lider Heydər Əliyevin adını daşıyan meydanda təşkil olunan festivalda Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev, Milli Məclisin deputatı İqbal Məmmədov, Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbər işçiləri, ictimaiyyət nümayəndələri və rayonun uzunömürlü sakinləri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə festivalın sərgi hissəsində yaradıcı insanların rəsm əsərləri, dekorativ tətbiqi sənət nümunələri, qədim məişət əşyaları, xalçaçılıq sənətinin nümunələri və lerikli uzunömürlülərin şəkillərindən ibarət stendlə tanış olublar. Sonra qonaqlar uzunömürlülərə yaxınlaşaraq çay sürfəsi ətrafında onlarla söhbət edib, hədiyyələr təqdim ediblər. Söhbət zamanı bildirilib ki, nadir ağacları, saf suyu, zümrüd meşələri, tarixi abidələri ilə tanınan Lerik, həm də uzunömürlülər diyarı kimi məşhurdur. Ölkəmizdə 90 yaşına çatmış insan uzunömürlü hesab edilir. Təsadüfü deyil ki, Azərbaycanın ən uzunömürlü sakini, “Ginnesin rekordlar kitabı”na daxil edilən Şirəli Müslümov rayonumuzun Barzavu kəndində 168 il yaşayıb. Bundan başqa, Lerikin Pirasora kəndində yaşamış Mahmud Eyvazov 150 il, Tikəband kənd sakini Məcid Ağayev 147, Cəngəmiran kənd sakini Qızıl Quliyeva 134 il yaşamışlar. Bu gün Lerikdə yaşı 100-ü ötən sakin olmasa da, 80-90 yaşdan yuxarı yüzlərlə ağsaqqal, ağbirçək var. Vaxtilə 100 yaşdan yuxarı ömür sürən insanların çox olması Lerik rayonunun uzunömürlülər diyarı kimi şöhrət tapmasına səbəb olmuşdur. Bu baxımdan dünyada yeganə “Uzunömürlülər” muzeyinin məhz Lerik rayonunda yerləşməsi təsadüfi deyil.

Festivala həyat yoldaşı ilə qatılan Gözəl Cabbarova gənc ailələrə həm uzunömürlü olmağın, həm də birgə xoşbəxt ömür sürməyin sirlərini açıqlayaraq deyib: “Mənim 82 yaşım var, artıq ikinci festivaldır ki, yoldaşımla iştirak edirəm. Allah gənclərimizə ömür versin. 60 ildir birgə yaşayırıq, bir yerdə ömür sürürük. Bir-birimizi yaxşı başa düşürük. Cavanlara da arzu edirəm ki, mehriban olsunlar, bir-birini yaxşı anlasınlar. Can deyib, can eşitsinlər”.

80 yaşlı Lerik sakini Nəriman Rəfiyev: “Uzunömürlü olmağın sirri təmiz havada gəzməkdə, orqanik məhsullarla qidalanmaqda, sərin bulaq suyu içməkdə, təbii yeməklər yeməkdədir. İndi çox qidaların tərkibi dəyişib. Bunun üçün kənd yerlərində yetişən orqanik məhsullardan alıb yeməliyik”.

Festivalda rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev tədbir iştirakçılarını və rayonun uzunömürlülərini salamlayıb, 28 May - Müstəqillik Günü və uzunömürlülər bayramı münasibətilə təbriklərini çatdırıb. Bildirib ki, Lerik rayonu Azərbaycanın ən səfalı guşələrindən biridir. Prezident İlham Əliyevin 2010-cu il iyunun 25-də rayona səfəri zamanı “Uzunömürlülər muzeyi”nin açılışını etməsi onun yaşlı nəslə göstərdiyi diqqət və qayğının bir nümunəsidir.

Bildirilib ki, ötən festivaldan sonra ölkəmizin həyatında mühüm dəyişikliklər baş verib. 2020-ci il sentyabrın 27-də başlayan, çağdaş tariximizə 44 günlük Vətən müharibəsi kimi yazılan müharibədə 30 ilə yaxın mənfur düşmənlərimizin işğalı altında olan torpaqlarımız Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə azad olundu, müstəqil dövlətimizin ərazi bütövlüyü təmin edildi.

Festivalda Milli Məclisin deputatı İqbal Məmmədov, Lənkəran Regional Mədəniyyət İdarəsi Şahin Şahbazov, “Uzunömürlülər” muzeyinin direktoru Dilara Fətullayeva çıxış edərək bildiriblər ki, dünyada yeganə “Uzunömürlülər” muzeyinin məhz Lerik rayonunda yerləşməsi təsadüfi deyil. Rayon nəinki respublikamızda, həmçinin dünyada uzunömürlülərin yaşadığı məkan kimi tanınır.

“Uzunömürlülər” muzeyinin direktoru Dilara Fətullayeva deyib: “Lerikdə Uzunömürlülərin I yaradıcılıq festivalı 2014-cü ildə keçirilib. Bu gün 2-ci festival təşkil olunub. Arzu edirəm ki, bu ənənə davam etsin. Hazırda bizim rayonda 113 uzunömürlü sakin yaşayır. Bu günlərdə biz rayonumuzun ən uzunömürlü sakini, 107 yaşlı Gülənbər Səlimovanı itirdik. Hazırda digər uzunömürlülərin yaşı 100-dən aşağıdır. Belə tədbirlərdə onları görüb ünsiyyətdə olmaq hər kəsə böyük zövq verir. Allah ölkəmizə daim möhtəşəm bayramlar, gözəl günlər nəsib eləsin”.

Uzunömürlülərin II yaradıcılıq festivalı 85 yaşlı aşıq Məhəmmədi Cəbiyevin, rayonun özfəaliyyət dərnəkləri, “Nənələr” və “Rəfti” uzunömürlülər folklor kollektivləri və musiqiçilərinin çıxışlarından ibarət konsert proqramı ilə davam edib.

Festival Lerik Rayon İcra Hakimiyyəti, Lənkəran Regional Mədəniyyət İdarəsi və Lerik Rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilib.

Uzunömürlülər II yaradıcılıq festivalında bir araya gəldilər FOTO VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Premyer Liqa: Tura tarixi derbi ilə start veriləcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər

Polis əməkdaşları 82 kiloqrama yaxın narkotik vasitə aşkarlayıb

DİN: Ötən gün ölkə ərazisində 87 cinayətin üstü açılıb

Paytaxtda bəzi ərazilərdə qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar paylaşım edib

Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb

Qobustanda narkotiklərlə əlaqəli iki nəfər saxlanılıb

Xalqa bağışlanmış ömür - Ulu Öndərin anadan olmasından 101 il ötür

Baş nazir: Gürcüstan 2030-cu ilə qədər Avropa İttifaqına üzv olacaq

Azərbaycanın mədəniyyət ictimaiyyəti Heydər Əliyev Fondunun 20 illiyi münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik ünvanlayıb

Azərbaycanın qazandığı bütün uğurların memarı Ulu Öndər Heydər Əliyevdir ŞƏRH

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda klassik musiqi konserti təşkil edilib

Səudiyyə Ərəbistanının vəliəhdi Yaponiyaya səfər edəcək

Netanyahu: HƏMAS-ın 24 batalyonundan 20-si məhv edilib

Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir

Azərbaycan-Bolqarıstan əlaqələri qarşılıqlı maraqlar əsasında uğurla inkişaf edir ŞƏRH

Professor Bilgiç: Heydər Əliyevin Türkiyə təbabətinə inamı mənim qürur mənbəyimdir

ADA və Bolonya universitetlərinin birgə proqramı bağçılıq sahəsində multidissiplinar yanaşmanı ehtiva edir

İsveçdə Ulu Öndərin anadan olmasının 101 illiyinə həsr olunmuş tədbir keçirilib

Ulu Öndərin uzaqgörən siyasəti sivil birgəyaşayış qanunlarını həyatımıza gətirdi

Manuela Traldi: ADA və Bolonya universitetlərinin birgə proqramı kənd təsərrüfatında yeni yanaşmanı əhatə edir

Sorğu: Fransızların Avropa İttifaqına etibarı azalır

Vyanada alman nasizmi üzərində qələbənin 79-cu ildönümü qeyd edilib

Respublikaçılar Baydeni İsrailə dəstəklə bağlı vədini pozmaqda günahlandırıblar

İqor Korotçenko: Sülh müqaviləsi Azərbaycan Prezidentinin irəli sürdüyü şərtlərlə bağlanacaq

Pentaqon ABŞ-ın İsrailə hava bombası tədarükünü dayandırdığını təsdiqləyib

Konfrans Liqasında ikinci finalçı müəyyənləşib

Avropa Liqasında finalçılar məlum olub

Dövlət Departamenti ABŞ-ın Ukraynaya yeni silah tədarükünü açıqlayıb

Yevlaxda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

Moskvadakı sərgidə faşizm üzərində qələbədə Azərbaycanın roluna həsr olunmuş tədbirlər keçirilib

İsveçrədə İkinci Dünya müharibəsində həlak olmuş azərbaycanlıların xatirəsi anılıb

"Paris-2024"ə lisenziya əldə edən Azərbaycan güləşçisi: Qələbə qazanmaq heç də asan olmadı

Neftçalada yol qəzası olub, xəsarət alanlar var

Azərbaycan güləşçisi: Uğurumu “Paris-2024”də davam etdirmək istəyirəm

Ankarada “Heydər Əliyev və Türk dünyası” adlı anım proqramı təşkil olunub

“Scandinavian Airlines” aviaşirkətinin təyyarəsi Bakıya təcili eniş edib

Azərbaycanın üç güləşçisi “Paris-2024”ə lisenziya əldə edib YENİLƏNİB-2

Fransa dənizaşırı departamenti Mayotda vəba xəstəliyi yayılıb

Azərbaycanın kişi boksçuları lisenziya turnirinə Tailandda hazırlaşacaqlar

Babək rayonunda fərdi yaşayış evində yanğın baş verib

Olimpiadaya vəsiqə qazanan Azərbaycan güləşçisi: “Paris-2024”dəki hədəfim qızıl medaldır

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar müəyyənləşib

Yasamalda yol qəzası olub, “Qələbə” dairəsi istiqamətində sıxlıq yaranıb

Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar inzibati məsuliyyətə cəlb olunub

Ukraynada ümumi səfərbərlik və hərbi vəziyyət daha 90 gün uzadılıb

Naxçıvan şəhərində yaşayış evlərinə qrunt suları yığılıb

Göyçə mahalındakı Ağbulaq kənd məktəbinin 100 illik yubileyi qeyd olunub

Naxçıvanda Heydər Əliyev adına tam orta məktəbin fəaliyyətə başlamasının 20 illiyi qeyd edilib

İkinci Dünya müharibəsində Belçikada həlak olmuş həmvətənlərimizin xatirəsi yad edilib

Ombudsman Cenevrədə milli qiymətləndirmə sənədilə əlaqədar müzakirələr aparıb

Bolqarıstan və Rumıniya mediası Rumen Radevin Azərbaycana səfərini diqqət mərkəzində saxlayıblar

Qaxda Ulu Öndərin xatirəsinə həsr edilən şahmat turnirinin qalibləri müəyyənləşib

İcma sədri: Fransa səfirinin dediklərinə erməni təəssübkeşliyi kontekstində baxmaq lazımdır

“Anadolu Ankası – 2024” təlimi: şərti düşmənin avtomobil kolonu pusquya salınıb VİDEO

Narva Estoniya Dövlət Gimnaziyasında Azərbaycan mədəniyyətini tanıdan dərslər təşkil edilib

Həzi Aslanov, Mehdi Hüseynzadə, Rixard Zorge və Qafur Məmmədovun abidələri ziyarət olunub VİDEO

“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin 101-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib

AMEA-da “Dostluğun siması” sənədli filminin və “Heydər Əliyev – Gürcüstan” kitabının təqdimatı olub

Türkiyənin vitse-prezidenti ölkəsinin biznes dairələrini Azərbaycanda yeni layihələr həyata keçirməyə çağırıb

Britaniya peyvəndlərlə bağlı qlobal müqaviləni imzalamaqdan imtina edir

Heydər Əliyev Fondu Samuxda körpələr evi-uşaq bağçası inşa etdirib

Xocalıda insana məxsus sümük fraqmentləri aşkarlanıb

Azərbaycanın Baş naziri türkiyəli investorları bərpaolunan enerji sahəsində əməkdaşlığa çağırıb

Polşada faşizm üzərində Qələbənin 79-cu ildönümü qeyd olunub

Bakıda qızıl medal qazanan çinli atıcı dünya rekordunu yeniləyib VİDEO

Türkiyə Prezidenti: Avropada türk toplumuna qarşı ayrı-seçkilik və nifrət cinayətləri günü-gündən adi hala çevrilir

Ordubad rayonu Pəzməri kənd avtomobil yolunda qaya uçqunu baş verib

Dmitri Peskov: Rusiya hərbçiləri Ermənistanın bir sıra bölgələrindən çıxırlar

Yığmanın sabiq üzvü: “Qəbələ”nin Premyer Liqada qalmasını istəyərdim

İlqar Qurbanov: Sanki yenidən uşaqlıq dövrümə qayıtdım

Misirdə Ulu Öndərin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şimali Makedoniyada prezident və parlament seçkilərində müxalif partiyası qalib olub

Ön təkəri partlayan mülki təyyarə Antalya hava limanında gövdəsi üstə enib VİDEO

Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub

Serbiya və Çin arasında 28 sənəd imzalanıb

Lənkəranda əməliyyat zamanı saxlanılan narkokuryerdən 22 kiloqram marixuana aşkar olunub

Vladimir Putin: İkinci Dünya müharibəsi ilə bağlı həqiqət öz siyasətini riyakarlıq üzərində quranlara mane olur

İdman gimnastikası üzrə açıq Bakı çempionatı və paytaxt birinciliyi start götürüb

İcma: Fransadan regionda vəziyyəti gərginləşdirməməyi və sülhə maneə olmamağı tələb edirik

“AzərEnerji” Ulu Öndər Heydər Əliyevlə bağlı tədbirlər keçirib

Moskvada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Devid Kemeron: Britaniya və NATO müdafiəyə daha çox pul xərcləməlidir

Mayın 10-da paytaxtda 23, bəzi yerlərdə isə 25 dərəcə isti olacaq

İngiltərədə terrorda şübhəli bilinən 3 nəfər saxlanılıb

Fərid Qayıbov: Minifutbol turnirinin keçirilməsi Azərbaycan futbolunun gələcəyinə böyük töhfə verəcək

Sabah Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq

Moskvada hərbi parad keçirilir

Azərbaycan-Bolqarıstan əməkdaşlığında bütün sahələr üzrə göstəricilər yüksəlir - ŞƏRH

Azərbaycanın voleybol millisi Sloveniyaya yollanıb

Türkiyənin Hacettepe Universiteti ilə Azərbaycanın ali təhsil ocaqları arasında əməkdaşlıq genişləndiriləcək

Faktiki hava açıqlanıb: Şahdağda qar, Xınalıqda isə sulu qar yağıb

® Xırdalan 0.0 Futbol Millisinin alkoqolsuz sponsoru oldu

İncəsənət xadimləri Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görüldülər - SƏRƏNCAM

Bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin fərdi təqaüdü verildi - SƏRƏNCAM

İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Mayın 10-11-də Astara rayon sakinlərinə oftalmoloji xidmət göstəriləcək