Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“VƏTƏNDAŞLARIN PENSİYA TƏMİNATI HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNA VƏ AZƏRBAYCAN RESPUBLİKASININ CİNAYƏT MƏCƏLLƏSİNƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ BARƏDƏ” AZƏRBAYCAN RESPUBLİKASININ 2005-Cİ İL 30 DEKABR TARİXLİ 47-IIIQD NÖMRƏLİ QANUNUNUN TƏTBİQ EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

“Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının cinayət Məcəlləsinə dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2005-ci il 30 dekabr tarixli 47-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay

müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının cinayət Məcəlləsinə dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2005-ci il 30 dekabr tarixli 47-IIIQD nömrəli Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi

icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. öz səlahiyyətləri daxilində “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının cinayət Məcəlləsinə dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2005-ci il 30 dekabr tarixli 47-IIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Bu Sərəncam dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 13 fevral 2006-cı il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin