RƏSMİ SƏNƏDLƏR
V.S.Eyvazova general-polkovnik ali hərbi rütbəsinin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının Daxili İşlər naziri Vilayət Süleyman oğlu Eyvazova general-polkovnik ali hərbi rütbəsi verilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 iyun 2019-cu il.