İDMAN


V İslam Həmrəyliyi Oyunları: Cüdo üzrə kişilərdən ibarət komandamız finala vəsiqə qazanıb

Konya, 17 avqust, Səxavət Quliyev, AZƏRTAC

Azərbaycanın cüdo üzrə kişilərdən ibarət milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala vəsiqə qazanıb.

AZƏRTAC xəbər verir ki, millimiz əvvəlcə Bəhreyn, yarımfinalda isə Tacikistan yığmalarını 3:1 hesabı ilə məğlub edərək finala yüksəlib. Həlledici mərhələdə komandamız Türkiyə yığması ilə görüşəcək.

Qadın millimiz isə Türkmənistanı 3:0 hesabı məğlub etsə də, dörddəbir finalda Əlcəzair üzərində 3:2 hesabı ilə qələbə qazanıb. Yığmamız bürünc medal uğrunda təsəlliverici görüşdə isə Seneqalı 3:1 hesabı ilə məğlub edib.

Xatırladaq ki, fərdi yarışlarda cüdoçularımız 1 qızıl, 3 gümüş və 1 bürünc medal qazanaraq ümumi hesabda 3-cü pillədə qərarlaşıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.