RƏSMİ SƏNƏDLƏR


“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 7 noyabr tarixli 179 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 7 noyabr tarixli 179 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 11, maddə 719; 2017, № 12 (II kitab), maddə 2514; 2020, № 4, maddə 480, № 8, maddə 1122; 2021, № 1, maddə 97; 2022, № 1, maddə 71) aşağıdakı dəyişikliklər edilsin:

1. 2-ci hissənin ikinci və üçüncü abzaslarından “dövlət” sözü çıxarılsın, dördüncü abzasına “uşaqlar” sözündən sonra “, habelə onların arasından olan şəxslər” sözləri, “avadanlıqla” sözündən sonra “və ya öz arzularına əsasən, 265 manat məbləğində pul kompensasiyası ilə” sözləri əlavə edilsin.

2. 4-cü hissədə “humanitar və sosial” sözləri “Sosial” sözü ilə əvəz edilsin.

 
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 10 iyun 2022-ci il

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin