İDMAN


Valtteri Bottas Əbu-Dabi Qran-Prisində cərimələnə bilər

Bakı, 21 noyabr, AZƏRTAC 

“Mercedes” komandasının pilotu Valtteri Bottas güc qurğusunu dəyişdiyinə görə Əbu-Dabi Qran-Prisində cərimələnə bilər.

AZƏRTAC “Motosport” saytına istinadla xəbər verir ki, finlandiyalı yürüşçü Braziliya Qran-Prisində motorda yaranan problemə görə trasdan çıxmağa məcbur olub. İndi komandada Valtterinin maşınına əvvəlki mühərriklərdən birini qoymaq və ya cərimə almaq barədə düşünürlər. Bottas deyib: “Əvvəlki güc qurğularında nəyinsə qalmasına şübhə edirəm, lakin biz baxacağıq”.

Komandanın təmsilçisi pilotun cərimələnə biləcəyi ehtimalını təsdiq etməyib. “Mercedes” komandasında olan mənbə əlavə edib: “Motordan istifadənin daha bir Qran-Priyə davam gətirəcəyi məcburi deyil, lakin bütün hallarda bu, yaxşı hal sayılmayacaq”.

Qeyd edək ki, Valtteri Bottasın Əbu-Dabi Qran-Prisində toplayacağı xalların miqdarından asılı olmayaraq, pilot mövsümü ümumi hesabda ikinci yerdə başa vuracaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.