Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Vəkillik hər zaman Azərbaycanda həyata keçirilən mütərəqqi hüquq islahatlarının diqqət mərkəzində olub

Vəkillik hər zaman Azərbaycanda həyata keçirilən mütərəqqi hüquq islahatlarının diqqət mərkəzində olub

Bakı, 13 mart, AZƏRTAC 

Azərbaycanda vəkillik fəaliyyətinin təkmilləşdirilməsi, insan və vətəndaş hüquqlarının səmərəli müdafiəsi ilə bağlı son dövrdə ardıcıl tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin 2018-ci il 22 fevral tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” proqram xarakterli Sərəncamı ölkəmizdə vəkillik fəaliyyətinin inkişafında yeni mərhələnin başlanmasına təkan verib.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Ceyhun Yusifov bu məsələlərlə əlaqədar “Vəkillik hər zaman Azərbaycanda həyata keçirilən mütərəqqi hüquq islahatlarının diqqət mərkəzində olub” sərlövhəli məqalə yazıb. AZƏRTAC məqaləni təqdim edir.

Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev “Literaturnaya qazeta”ya verdiyi “Qoy, ədalət zəfər çalsın!” sərlövhəli məşhur müsahibəsində demişdi: “Biz “qanunçuluq” deyəndə Cinayət Məcəlləsindən çox cəmiyyətimizin əxlaq kodeksini nəzərdə tuturuq. Özü də hüquq pozuntuları, onların profilaktikası bizim üçün təkcə hüquqa aid məsələ deyildir. Bu, sosial və mənəvi məsələdir, çünki söhbət ən əvvəl insan uğrunda mübarizədən, onların hüquqlarına hörmətdən, ləyaqət və şərəfinin qorunmasından, onda ən yaxşı vətəndaşlıq keyfiyyətlərinin, yüksək əxlaqi prinsiplərin tərbiyə edilməsindən gedir”.

Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu və möhtərəm Prezident İlham Əliyevin uğurla davam etdirdiyi məhkəmə-hüquq islahatları ölkədə ədalət mühakiməsinin təmin edilməsi üçün əsaslı şərait yaradıb. Bu islahatlar çərçivəsində Azərbaycanda qanunların yeni dövrün tələblərinə uyğun müasirləşdirilməsi prosesi mütərəqqi dünya təcrübəsi nəzərə alınmaqla həyata keçirilib, respublikamız insan hüquq və azadlıqlarının, demokratik təsisatların təminatı ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşulub.

Ədalət mühakiməsinin müstəqil və qərəzsiz məhkəmələr tərəfindən həyata keçirilməsi ideyası əsrlərdir ədalətli cəmiyyətin əsas təməl daşlarından biridir. Azərbaycanı demokratik, hüquqi və dünyəvi dövlətə çevirmək istəyən Prezident İlham Əliyev ölkəmizdə müstəqil məhkəmə hakimiyyətinin formalaşmasına xüsusi diqqət yetirib. Mütərəqqi məhkəmə-hüquq islahatları çərçivəsində nəinki məhkəmə sistemi və hüquq mühafizə orqanları, hətta vəkillik fəaliyyəti də inkişaf etdirilib. Çünki obyektiv həqiqətin müəyyən olunmasında yalnız ittiham tərəfinin və məhkəmənin deyil, həm də müdafiə tərəfinin də fəal iştirak etməsi zəruridir. Doğrudur, qanunvericilik müdafiə tərəfinə bunu vəzifə kimi müəyyən etməsə də, prosesdə çəkişmə prinsipinin təmin edilməsi üçün vəkilin peşəkarlığı olduqca vacib nüanslardandır. Yalnız çəkişmə prinsipinin təmin edildiyi məhkəmə proseslərində obyektiv həqiqətin müəyyənləşdirilməsi və ədalətin bərqərar olması mümkündür. Ədalət mühakiməsi ilə müdafiə institutu qarşılıqlı surətdən bir-birindən asılıdır. Ədalət mühakiməsinin inkişafı yönündə atılmış bütün addımlar müdafiə institutunun da inkişafına səbəb olur.

Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatlarının nəticəsidir ki, ölkəmizdə bəraət hökmlərinin və cinayət işlərinə bəraətverici əsaslarla xitam verilməsinin sayı ildən-ilə durmadan artır. Əgər 2000-ci illərin əvvəllərində bəraət hökmləri sensasiya yaradan hadisələrdən hesab olunurdusa, hazırda bəraət hökmləri adi hal kimi qarşılanır. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin verdiyi məlumata əsasən, 2006-cı ildə bəraət hökmlərinin sayı 6, 2016-cı ildə isə 68 olub. Göründüyü kimi, bəraət hökmlərinin sayı dəfələrlə artıb. Diqqət yetirilməli məqamlardan da biri budur ki, bəraət hökmləri yalnız paytaxt Bakının məhkəmələrində deyil, region məhkəmələrində də (xüsusilə Sumqayıt, Şirvan, Şəki və Gəncə şəhərlərinin məhkəmələrində) gündən-günə artmaqda davam edir. Bu da islahatların mərkəzləşmiş qaydada deyil, bütün regionlarda aparıldığının bariz nümunəsidir.

Ən çox bəraət alan vəkillərdən biri olaraq mən də məhkəmə-hüquq islahatları çərçivəsində görülmüş işləri alqışlayır və ədalətin təntənəsini yaşamaqdan xüsusi zövq alıram. Xüsusilə qeyd edilməlidir ki, bəraət hökmlərinin sayının gözəçarpan şəkildə artması həm hüquq mühafizə orqanlarını daha məsuliyyətli şəkildə işləməyə sövq edir, həm də biz vəkillərin daha səmərəli işləməsinə stimul verir. Belə ki, ittiham tərəfi ədalətli və çəkişmə prinsipinin təmin olduğu məhkəmə proseslərində irəli sürülmüş ittihamı müdafiə etmək üçün daha mötəbər sübutlar toplamağa, daha doğru və dürüst işləməyə məcbur olurlar. Bu, eyni zamanda, insan hüquq və azadlıqlarının təmin olunmasına və insanların məhkəmənin ədalətinə olan inamı artırılmasına xidmət edir.

Məhkəmə-hüquq islahatları çərçivəsində görülmüş son işlərdən biri də ölkəmizdə nümayəndəlik institutunun məhdudlaşdırılması və vəkillərinin sayının artırılması istiqamətində görülmüş işlər olub. Bununla da ölkəmizdə hüquqi yardımın keyfiyyəti yüksəlib və hər bir şəxsin keyfiyyətli hüquqi yardım almaq konstitusion hüququnun təmin olunması istiqamətində uğurlu addım atılıb.

Həyata keçirilən bütün mütərəqqi hüquq islahatları çərçivəsində Azərbaycan vəkilliyi heç bir zaman kənarda qalmayıb. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il fevralın 22-də imzaladığı “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam ölkəmizdə vəkilliyin inkişafının təmin edilməsi ilə bağlı proqram xarakterli sənəd kimi hüquq tariximizə yazıldı. Sərəncamın preambula hissəsində vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyəti vurğulanıb, hüquqi dövlətdə bu təsisatın rolu nəzərə alınaraq, ölkəmizdə məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi sahəsində görülən işlər çərçivəsində vəkilliyin inkişafına dövlət tərəfindən böyük dəstək verilib. Həmçinin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə müəyyən edilmiş məbləğin üç dəfə artırılmasının nəzərdə tutulması barədə də Nazirlər Kabinetinə tapşırıq verilib ki, nəticədə vəkillərə ödənişsiz hüquqi yardımın göstərilməsinə görə ödəniləcək saathesabı məbləğ 6 manat olub.

Sərəncamda Prezident İlham Əliyev tərəfindən vəkilliyin inkişafı ilə bağlı Vəkillər Kollegiyasına da tövsiyələr verilib. Sənəddə Vəkillər Kollegiyasına yeni üzvlərin, xüsusən gənc hüquqşünasların qəbul edilməsi üçün şəraitin yaradılmasının, peşə hazırlığına diqqətin ayrılmasının və vəkillər tərəfindən göstərilən ödənişsiz hüquqi məsləhətin əhəmiyyəti vurğulanıb. Şəffaflığın artırılması və ictimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi ilə bağlı, eləcə də Kollegiyanın və vəkillərin fəaliyyətində müasir İKT-nin tətbiqinin və hüquqi xidmətlərin elektron formada göstərilməsi təcrübəsinin təkmilləşdirilməsi üçün vəkilliyin vahid elektron informasiya sisteminin təşkili və bu sistemin “Elektron məhkəmə” informasiya sisteminə inteqrasiyası istiqamətində də işlərin görülməsi tövsiyə olunub.

Beləliklə, aparılan bütün bu islahatları hüquqi dövlətin yaranmasının əsas göstəricilərindən hesab etmək olar. Düşünürəm ki, bu islahatlar gələcəkdə də davam etdiriləcək və xalqın Azərbaycan məhkəmə-hüquq sisteminin ədalətinə olan inamını daha da artıracaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BƏT: Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün təqdim edilən layihələrə yekun baxış keçirilib

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib

Ötən ay miqrasiya qanunvericiliyini pozan 202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb

® “Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinq qiymətləndirməsini açıqlayıb

“Azərbaycanda audiovizual yayımın hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilib

Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb

“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” - elmi sessiya

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar

Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib VİDEO

AzMİU əməkdaşları bu dəfə Sumqayıt məktəbliləri ilə görüşüblər

Rusiya hökuməti istefaya göndərilib

Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib

Bakıda iaşə obyektində iki nəfərin ölməsi, iki nəfərin xəstəxanaya yerləşdirilməsi ilə bağlı araşdırma aparılır

15 ölkənin elm adamları beynəlxalq elmi-praktik konfransda bir araya gəliblər

Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək

Misirdə keçirilən Beynəlxalq Kollegial Proqramlaşdırma müsabiqəsinin finalında Azərbaycanı ADA Universiteti təmsil edib

Sabirabadda narkotik vasitənin təsiri altında avtomobil idarə edən iki sürücü aşkarlanıb

Paşinyan: Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmənçiliyinə son qoyulmalıdır

Baş nazir Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə aparılan tikinti işlərinin gedişi ilə tanış olub

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-3 VİDEO

Birinci Qarabağ müharibəsi şəhidi Elşad Qayımov Xaçmazda dəfn olunub VİDEO

Azərbaycan millisinin baş məşqçisi: Bütün karateçilərimiz Avropa çempionatında qızıl medal qazana bilərlər

2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub

BƏƏ-nin İqlim Dəyişikliyi Şurası COP29 üçün iqlim ambisiyalarını artırmaq niyyətindədir

BDU tələbələri informasiya təhlükəsizliyi haqqında məlumatlandırılıblar

Paşinyan AİB sammitində iştirak etmək üçün Moskvaya gedəcək

Qırx milyon filippinlinin içməli suya çıxışı yoxdur

FHN-in Gəncə Regional Mərkəzi “Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda tədbir keçirib

Robert Fitso: Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir VİDEO

Respublika fənn olimpiadalarının riyaziyyat üzrə final turu keçirilib

Dərinsulu Günəşli platformasının profilaktik işlər proqramı başa çatıb

Sumqayıtda aramsız yağan yağışın fəsadları aradan qaldırılır

Bu gün dəfn olunan şəhidin anası: 31 ilə yaxındır gözüm yollarda qalmışdı

Qarabağ müharibəsi şəhidlərinin bir qrup ailə üzvü Türkiyənin Çanaqqala əyalətində olublar

Bakı-Quba yolunda piyada keçidinin inşası başa çatıb

Slovakiyanın Baş naziri: Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq VİDEO

Türkiyənin ikinci astronavtı gələn ay kosmosa yola salınacaq

Azərbaycan millisinin voleybolçusu: Özümüzə inanırıq, çünki güclü məşqçimiz var

Prezident İlham Əliyev: Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir VİDEO

Ədəbiyyat Muzeyi ilə Belarus Dövlət Ədəbiyyat Tarixi Muzeyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Prezident: Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur

Vladimir Putin and içib və Rusiya Prezidenti vəzifəsinin icrasına başlayıb

Otuz bir il əvvəl itkin düşən Vüqar Həsənovun Edillidə aşkarlanan nəşinin qalıqları Sabirabadda torpağa tapşırılıb VİDEO

Paşinyan Azərbaycanla sərhədin delimitasiyasını dayandırmayacağını bildirib

Qeydiyyata alınmadan tütün məmulatlarının istehsalı ilə məşğul olanlar cərimələnəcək

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyəyə rəsmi səfərə gəlib

Məktəblərdə ekoloji mövzular müzakirə olunur