İQTİSADİYYAT


Vergi orqanlarına işə qəbul başa çatıb

Bakı, 7 may, AZƏRTAC

Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar keçirilən növbəti müsabiqə başa çatıb.

Vergi Xidmətinin Media və kommunikasiya idarəsindən AZƏRTAC-a verilən məlumata görə, sayca 17-ci olan müsabiqənin test mərhələsi bu ilin mart ayında baş tutub. Namizədlərdən 167 nəfəri test imtahanından uğurla keçərək 2-ci mərhələdə iştirak hüququ əldə edib.

Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar keçirilən müsabiqənin 2-ci mərhələsində hər bir namizədlə müsahibə fərdi qaydada aparılıb. Müsahibə mərhələsini 159 nəfər müvəffəqiyyətlə keçib və onlar vergi orqanlarının kadr ehtiyatına daxil edilib.

Müsabiqədə uğur qazanan namizədlər Dövlət Vergi Xidmətinin kadr ehtiyat bazasından mütəmadi qaydada vakant vəzifələrə təyin edliləcəklər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.