Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Vətən müharibəsi qazisi: Ölüm bizə bir nəfəs qədər yaxın olsa da, əsas hədəfimiz doğma torpaqlarımızı azad etmək idi

Bakı, 23 may, AZƏRTAC

Müharibədə zəfərin qazanılmasında hərbi qulluqçuların döyüş qabiliyyəti və ruh yüksəkliyi mühüm rol oynayır. Döyüş sınağında əsas olan insan amilidir. Düşmənə qarşı vuruşan döyüşçünün qalibiyyət əzmi onun yenilməzliyinin təməlində dayanan başlıca cəhətdir. Hərb tariximizin şərəfli səhifəsi olan və bizi Qələbə zirvəsinə ucaldan 44 günlük Vətən müharibəsində xalqımızın qeyrətli və vətənpərvər oğulları erməni işğalçılarını məğlub etdilər, torpaqlarımızın düşmən tapdağında qalmasına son qoydular, uzun illər qədəmimizin dəymədiyi, nəfəsimizin toxunmadığı, həsrətini çəkdiyimiz yurdlarımızda üçrəngli bayrağımızı qaldırdılar.

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəman oğulları, qazilərimizin və digər hərbi qulluqçularımızın göstərdikləri igidlik nümunələri heç vaxt unudulmayacaq. Çünki onlar xalqımızın gözlədiyi Qələbə gününü reallığa çevirmək üçün öz layiqli töhfələrini veriblər. Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Vətən müharibəsində ağır yaralanaraq əlil olan və hərbi xidmətdən tərxis edilən hərbi qulluqçusu çavuş Mədəni Polad Əmir oğlunun keçdiyi döyüş yolu əqidəsinə, içdiyi anda sədaqət, əsl döyüşçü fədakarlığı nümunəsidir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının veteranı, tədqiqatçı-jurnalist Yalçın Abbasovun qəhrəman döyüşçü ilə bağlı qələmə aldığı məqalədə əksini tapıb. Məqaləni təqdim edirik.

Çavuş Polad Mədəni 1989-cu il mayın 30-da Şəki şəhərində anadan olub. Əmir Mədəni və Mənsurə Mədəninin üç övladından biri və yaşca kiçiyidir. Atası 2013-cü ildə vəfat edib. Evli olan qazinin 5 yaşında bir oğlu var.

Şəkidəki Rəşid Əfəndiyev adına 10 saylı orta məktəbdə təhsil alan Polad doqquzillik təhsildən sonra avtomobil təmiri üzrə texnik peşəsinə yiyələnib və bu sahədə çalışıb. O, hələ uşaq ikən Dağlıq Qarabağda erməni separatizmi baş qaldırıb. Bədnam qonşularımız Azərbaycana qarşı əsassız iddiaları nəticəsində bölgədə qanlı hərbi münaqişə başlayıb və getdikcə daha da alovlanıb. Bu münaqişə bir neçə nəslin həyatında ağrılı-acılı iz qoyub. Birinci Qarabağ müharibəsində respublikamızın ərazisinin 20 faizi işğal olundu, bir milyona yaxın vətəndaşımız məcburi köçkün vəziyyətinə düşdü. Sonra atəşkəs rejimi şəraitində uzun illər bu gerçəkliklə yaşadıq. Ancaq həmin dövrdə özündən əvvəlki nəsillərin döyüş ruhundan ilhamlanan vətənpərvər və mübariz gənc nəsil yetişdi. Bu nəslin nümayəndələrindən biri də Poladdır.

2007-2009-cu illərdə Polad Müdafiə Nazirliyinin Naxçıvan şəhərindəki “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçib. Kəşfiyyat bölməsində snayperçi olub, “çavuş” hərbi rütbəsinədək yüksəlib.

2011-ci ilin noyabrında Polad Daxili Qoşunların sıralarına müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunub. Bakıda yerləşən “N” saylı hərbi hissədə əvvəlcə xüsusi vasitələrin tətbiqi dəstəsinin xüsusi vasitələrin tətbiqi qrupunun yarımqrupunda atıcı, döyüş təminatı yarımqrupunda heyət nəfəri-atıcı vəzifələrinə, sonra isə hərbi hissənin xüsusi təyinatlı dəstəsinə keçirilərək, xüsusi həmlə qrupunun yarımqrupunda atıcı-snayper və snayper vəzifələrinə təyin edilib.

Vətən müharibəsinədək olan hərbi xidməti dövründə ona göstərilən etimadı doğruldub, 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalı ilə mükafatlandırılıb. Barəsində müxtəlif növ həvəsləndirmələr tətbiq edilib.

2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda çavuş Polad Mədəninin xidmət etdiyi xüsusi təyinatlı dəstənin hərbi qulluqçuları döyüşə ilk atılanların sıralarında olublar. Polad bu barədə danışarkən Kəlbəcər rayonu istiqamətində Murovdağ yüksəkliyi, Cəbrayıl, Xocavənd, Qubadlı və Füzuli rayonlarının ərazilərində döyüş yolu keçdiyini bildirir: “Xüsusi təyinatlı kimi keçdiyimiz hazırlıq müharibə zamanı çox gərəkli oldu. Ümumilikdə, xüsusi təyinatlılar döyüş tapşırıqlarının yerinə yetirilməsində əsl peşəkarlıq və cəsarət nümunələri göstərərək fərqləndilər. İşğalçılar üzbəüz döyüşlərdə hərbi qulluqçularımızın həmlələrinə tab gətirə bilməyərək, mövqelərini atıb qaçırdılar. Bizim döyüşən canlı qüvvənin sırasında həlakolma və yaralanma hallarının əsasən düşmənin qurduğu pusqu, basdırdığı minaların partlayışı və artilleriya atəşi nəticəsində baş verib. Döyüşlər vaxtı bir neçə dəfə pusquya düşdük, itkilərimiz oldu. Ancaq həmin vəziyyətdə də düşmənin layiqli cavabını verirdik”.

İşğalçıları pusquya saldıqlarına dair bir epizodu xatırladan Polad Mədəni deyir: “Füzuli rayonu ərazisində qruplarla irəliləyərkən təcavüzkarın divizionunun yerləşdiyi sahəni təsbit etdik. Burada 4 top və digər artilleriya vasitələri, xeyli sursat, 70 nəfərə yaxın şəxsi heyət aşkarladıq. Xüsusi təyinatlı dəstənin komandiri polkovnik-leytenant Füzuli İmrəliyevin göstərişi ilə divizionun yerləşdiyi sahə mühasirəyə alınaraq atəşə tutuldu. İşğalçıları ağır tələfata uğratdıq, silah-sursat, hərbi texnika qənimət götürdük”.

Poladın müharibədə torpaqlarımızı canı bahasına işğaldan azad edən silahdaşlarından bəzilərinin son nəfəslərini onun gözləri qarşısında verdiklərini bildirib. Bu baxımdan baş leytenant Kamran Kazımov, baş çavuşlar Vüqar Cəfərov və Əsgər Əhmədovun adlarını çəkən Polad silahdaşlarının şəhid olmasından dərindən sarsıldığını, ancaq onların qisasının alınması, qanlarının yerdə qalmaması, xatirələrinin yaşadılması ilə təskinlik tapdığını deyir: “Müharibənin öz çətinlikləri, əzab-əziyyətləri olur. Bizi, xüsusi təyinatlı kimi ilk növbədə buna hazırlamışdılar. Ağır döyüşlər gedib, yuxusuz gecələrimiz olub, saatlarla yağış altında qalaraq islanmışıq, bir neçə gün paltarımız qurumayıb. Düşmən texnikanı vurduğundan, bəzən təchizatı bizə vaxtında çatdırmaq mümkün olmayıb, ancaq ruhdan düşməmişik, hər hansı çətinlik qarşısında iradəmiz büdrəməyib, daim irəli getmək barədə fikirləşmişik, komandirlərin əmr və tapşırıqlarını tərəddüd etmədən yerinə yetirmişik”.

Onun sözlərinə görə, hər bir insan kimi, döyüşçü də yaşamaq, öz arzularına qovuşmaq istəyir, özünəməxsus xəyalları olur, ailəsini düşünür. Ancaq müharibə gerçəkliyində dərk edirsən ki, hissə qapılmaq olmaz, qarşıda düşmən var, onun hədəfindəsən, müqəddəs torpağını təcavüzkardan təmizləməlisən, geriyə qalib kimi dönməlisən. Müharibə itkisiz olmur, ölüm bir nəfəs qədər bizə yaxın idi, lakin ölüm qorxusu səni üstələməməlidir, döyüş ruhu varsa, bu, insana mənəvi güc verir. Vətən yolunda şəhid və qazi olmaq isə insan üçün şərəfli taledir.

2020-ci ilin oktyabrın 15-də Füzuli rayonu ərazisində döyüş zamanı düşmən Poladın tərkibində olduğu qrupun yerləşdiyi mövqeni müxtəlif növ artilleriyadan, zirehli texnikalardan şiddətli atəşə tutub. Həmin vaxt hərbçilərimizdən ölən və yaralananlar olub. Yaxınlığa düşən minaatan mərmisinin partlaması nəticəsində Polad qolundan qəlpə yaraları alıb. Partlayan ikinci mərminin qəlpələri isə onun sağ ayağını dizdən aşağı qoparıb. Atəş altında qaldıqlarından Poladın döyüş mövqeyindən çıxarılması bir neçə saat çəkib. Onu ərazidən çıxarmağa can atan iki hərbi qulluqçudan biri həlak olub, digəri isə yaralanıb. Nəhayət, digər döyüşçülər yaralıya yaxınlaşa bilib və onu ərazidən çıxarıblar. Çətinliklə Füzuli rayonundakı xəstəxanaya çatdırılan Polada “sağ budunun yuxarı üçdə birinin travmatik amputasiyası” diaqnozu qoyularaq cərrahi əməliyyat aparılıb. Xəstəxanadan Daxili Qoşunların Hospitalına göndərilən Polad burada uzunmüddətli müalicə kursu keçib. Hazırda ona 2-ci qrup əlillik dərəcəsi verilib.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18, 25 və 29 dekabr tarixli sərəncamları ilə çavuş Mədəni Polad Əmir oğlu “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Onun şərəfli döyüş yolu müxtəlif televiziya kanallarında və sosial şəbəkələrdə də işıqlandırılıb.

Polad doğmalarının mənəvi dəstəyi ilə əlilliyin yaratdığı bütün çətinliklərin öhdəsindən bacarıqla gələcəyinə inandığını, canından artıq sevdiyi Vətən üçün layiqli övlad yetişdirməyə, döyüş təcrübəsi ilə cəmiyyətimizə faydalı olmağa çalışacağını söyləyib.

Allah şəhidlərimizə rəhmət eləsin!

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ankarada “Heydər Əliyev və Türk dünyası” adlı anım proqramı təşkil olunub

“Scandinavian Airlines” aviaşirkətinin təyyarəsi Bakıya təcili eniş edib

Azərbaycanın üç güləşçisi “Paris-2024”ə lisenziya əldə edib YENİLƏNİB-2

Fransa dənizaşırı departamenti Mayotda vəba xəstəliyi yayılıb

Azərbaycanın kişi boksçuları lisenziya turnirinə Tailandda hazırlaşacaqlar

Babək rayonunda fərdi yaşayış evində yanğın baş verib

Olimpiadaya vəsiqə qazanan Azərbaycan güləşçisi: “Paris-2024”dəki hədəfim qızıl medaldır

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar müəyyənləşib

Yasamalda yol qəzası olub, “Qələbə” dairəsi istiqamətində sıxlıq yaranıb

Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar inzibati məsuliyyətə cəlb olunub

Ukraynada ümumi səfərbərlik və hərbi vəziyyət daha 90 gün uzadılıb

Naxçıvan şəhərində yaşayış evlərinə qrunt suları yığılıb

Göyçə mahalındakı Ağbulaq kənd məktəbinin 100 illik yubileyi qeyd olunub

Naxçıvanda Heydər Əliyev adına tam orta məktəbin fəaliyyətə başlamasının 20 illiyi qeyd edilib

İkinci Dünya müharibəsində Belçikada həlak olmuş həmvətənlərimizin xatirəsi yad edilib

Ombudsman Cenevrədə milli qiymətləndirmə sənədilə əlaqədar müzakirələr aparıb

Bolqarıstan və Rumıniya mediası Rumen Radevin Azərbaycana səfərini diqqət mərkəzində saxlayıblar

Qaxda Ulu Öndərin xatirəsinə həsr edilən şahmat turnirinin qalibləri müəyyənləşib

İcma sədri: Fransa səfirinin dediklərinə erməni təəssübkeşliyi kontekstində baxmaq lazımdır

“Anadolu Ankası – 2024” təlimi: şərti düşmənin avtomobil kolonu pusquya salınıb VİDEO

Narva Estoniya Dövlət Gimnaziyasında Azərbaycan mədəniyyətini tanıdan dərslər təşkil edilib

Həzi Aslanov, Mehdi Hüseynzadə, Rixard Zorge və Qafur Məmmədovun abidələri ziyarət olunub VİDEO

“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin 101-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib

AMEA-da “Dostluğun siması” sənədli filminin və “Heydər Əliyev – Gürcüstan” kitabının təqdimatı olub

Türkiyənin vitse-prezidenti ölkəsinin biznes dairələrini Azərbaycanda yeni layihələr həyata keçirməyə çağırıb

Britaniya peyvəndlərlə bağlı qlobal müqaviləni imzalamaqdan imtina edir

Heydər Əliyev Fondu Samuxda körpələr evi-uşaq bağçası inşa etdirib

Xocalıda insana məxsus sümük fraqmentləri aşkarlanıb

Azərbaycanın Baş naziri türkiyəli investorları bərpaolunan enerji sahəsində əməkdaşlığa çağırıb

Polşada faşizm üzərində Qələbənin 79-cu ildönümü qeyd olunub

Bakıda qızıl medal qazanan çinli atıcı dünya rekordunu yeniləyib VİDEO

Türkiyə Prezidenti: Avropada türk toplumuna qarşı ayrı-seçkilik və nifrət cinayətləri günü-gündən adi hala çevrilir

Ordubad rayonu Pəzməri kənd avtomobil yolunda qaya uçqunu baş verib

Dmitri Peskov: Rusiya hərbçiləri Ermənistanın bir sıra bölgələrindən çıxırlar

Yığmanın sabiq üzvü: “Qəbələ”nin Premyer Liqada qalmasını istəyərdim

İlqar Qurbanov: Sanki yenidən uşaqlıq dövrümə qayıtdım

Misirdə Ulu Öndərin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şimali Makedoniyada prezident və parlament seçkilərində müxalif partiyası qalib olub

Ön təkəri partlayan mülki təyyarə Antalya hava limanında gövdəsi üstə enib VİDEO

Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub

Serbiya və Çin arasında 28 sənəd imzalanıb

Lənkəranda əməliyyat zamanı saxlanılan narkokuryerdən 22 kiloqram marixuana aşkar olunub

Vladimir Putin: İkinci Dünya müharibəsi ilə bağlı həqiqət öz siyasətini riyakarlıq üzərində quranlara mane olur

İdman gimnastikası üzrə açıq Bakı çempionatı və paytaxt birinciliyi start götürüb

İcma: Fransadan regionda vəziyyəti gərginləşdirməməyi və sülhə maneə olmamağı tələb edirik

“AzərEnerji” Ulu Öndər Heydər Əliyevlə bağlı tədbirlər keçirib

Moskvada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Devid Kemeron: Britaniya və NATO müdafiəyə daha çox pul xərcləməlidir

Mayın 10-da paytaxtda 23, bəzi yerlərdə isə 25 dərəcə isti olacaq

İngiltərədə terrorda şübhəli bilinən 3 nəfər saxlanılıb

Fərid Qayıbov: Minifutbol turnirinin keçirilməsi Azərbaycan futbolunun gələcəyinə böyük töhfə verəcək

Sabah Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq

Moskvada hərbi parad keçirilir

Azərbaycan-Bolqarıstan əməkdaşlığında bütün sahələr üzrə göstəricilər yüksəlir - ŞƏRH

Azərbaycanın voleybol millisi Sloveniyaya yollanıb

Türkiyənin Hacettepe Universiteti ilə Azərbaycanın ali təhsil ocaqları arasında əməkdaşlıq genişləndiriləcək

Faktiki hava açıqlanıb: Şahdağda qar, Xınalıqda isə sulu qar yağıb

® Xırdalan 0.0 Futbol Millisinin alkoqolsuz sponsoru oldu

İncəsənət xadimləri Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görüldülər - SƏRƏNCAM

Bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin fərdi təqaüdü verildi - SƏRƏNCAM

İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Mayın 10-11-də Astara rayon sakinlərinə oftalmoloji xidmət göstəriləcək

Milli Kitabxanada 9 - May Faşizm üzərində Qələbə Günü münasibətilə elektron məlumat bazası təqdim edilib

Azərbaycanın 4 güləşçisi lisenziya turnirində mübarizəyə başlayır

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva faşizm üzərində Qələbə uğrunda həlak olan Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar VİDEO

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

“Sizin Makedoniya” koalisiyasının nümayəndəsi: Nəticələr hökumətin ilk 100 günü ərzində nümayiş etdiriləcək

Onlayn alış-veriş edənləri dələduzluq yolu ilə aldadan şəxs saxlanılıb

Heydər Əliyevin fəaliyyəti daim xalqın, dövlətin mənafeyinə xidmət edib

Mehriban xanım Əliyeva 9 May - Qələbə Günü münasibətilə paylaşım edib

AZPROMO rəsmisi: ADA və Boloniya universitetlərinin əməkdaşlığının kənd təsərrüfatına töhfələr verəcəyinə inanırıq

İordaniya mətbuatı Ümummilli Liderin 101-ci ildönümü barədə yazır

Alman faşizmi üzərində qələbədən 79 il ötür

İordaniyada Ulu Öndərin 101 illiyi münasibətilə ağacəkmə aksiyası təşkil olunub

Mütəxəssislər xəbərdarlıq edirlər: Süni intellekt sosial nizamı məhv edə bilər

Avropa İttifaqı göyöskürəyin sürətlə yayılması ilə bağlı xəbərdarlıq edir

İsveçrədə keçiriləcək Ukrayna üzrə konfransın iştirakçılarının siyahısı artır

Meksika Prezidenti: Ölkədə elektrik enerjisinin kəsilməsi rekord isti hava ilə əlaqədardır

Piylənmə uşaqlarda insulin müqavimətinə səbəb ola bilər

Ukraynada ağır cinayət törətməmiş məhbuslar səfərbərliyə cəlb olunacaqlar

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

Britaniyada növbəti deputat Leyboristlər Partiyasına keçib

Nəcəf Cəfərli: ADA Universitetinin dəstəyi ilə “MacFrut” sərgisində iştirak edirik

İnkişafa və sabitliyə hesablanan Azərbaycan-Slovakiya əməkdaşlığı ŞƏRH

Çempionlar Liqası: “Real Madrid” geri dönüş edərək finala yüksəlib

Səfir: ADA və Bolonya universitetlərinin birgə layihəsi kənd təsərrüfatı mütəxəssislərin hazırlanmasında xüsusi önəm daşıyır

Kubada Ulu Öndər Heydər Əliyevin 101 illiyi münasibətilə tədbir təşkil edilib

Konfrans Liqasında ilk finalçı bəlli olub

Rusiyanın Londondakı hərbi attaşesi ölkədən çıxarılıb

“Paris 2024” Yay Olimpiya Oyunlarının məşəli Marselə gətirilib

Azərbaycan Basketbol Liqası: “Xəzri” seriyanın ilk oyununda qalib gəlib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Abşeron rayonunda qeyd edilib

Xətai rayonunda Milli Qəhrəman İlqar Mirzəyevin büstünün açılışı olub

Ermənistan KTMT-ni maliyyələşdirməkdən imtina edib

Pentaqon: ABŞ qoşunları Nigerdən çıxarılacaq

Vüqar Dəmirbəylinin Dəli Alı haqqında tarixi romanı çapdan çıxıb

Sumqayıtda özünü qazi kimi təqdim edən dələduz saxlanılıb

ABŞ-ın müdafiə naziri İsrailə silah tədarükünün təxirə salındığını təsdiqləyib