REGİONLAR


Vətən müharibəsinin ilk şəhidlərindən olan Elməddin Əhmədzadənin xatirəsi anılıb

İmişli, 28 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC

İmişli rayonunda yerləşən Füzuli rayon 35 nömrəli tam orta məktəbdə şəhidlərimizin Anım Günü və Vətən müharibəsinin ilk şəhidlərindən olan Elməddin Əhmədzadənin ildönümü ilə bağlı tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə məktəbin müəllim və şagird kollektivi, valideynlər, icra nümayəndəlikləri iştirak ediblər. Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Məktəblilərin ifasında şəhidlərimizə aid şeirlər səsləndirilib, daha sonra İmişli rayon Bəhrəmtəpə qəsəbəsi məzarlığında Elməddin Əhmədzadənin məzarı ziyarət edilib. Şəhidlərimizin ruhuna dualar oxunub. Bildirilib ki, Elməddin Vətən müharibəsində ilk şəhid olan qəhrəmanlarımızdandır.

Elməddinin şərəfli ömür yolundan danışanlar söyləyiblər ki, əslən Füzuli rayon Qacar kəndindən olan Elməddin 1994-ci il oktyabrın 1-də İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində məcburi köçkün ailəsində dünyaya göz açıb. Elməddin döyüşlər başlayanda Vətən harayına səs verənlər sırasında yer alıb. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak edərək şəhadətə ucalıb. Elməddin Əhmədzadə döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.