REGİONLAR


Vətən müharibəsinin qazilərinə diqqət göstərilir

Quba, 19 noyabr, Elxan Yusifli, AZƏRTAC 

Quba Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonun hüquq-mühafizə orqanlarının və digər dövlət qurumlarının məsul şəxsləri Vətən müharibəsində yaralanmış döyüşçüləri ziyarət edirlər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşlərdə qazilər düşmən üzərində qazanılan tarixi Qələbə münasibətilə təbrik edilib, müzəffər ordumuzun torpaqlarımızın azadlığı uğrunda göstərdiyi şücaətin əsl qəhrəmanlıq salnaməsi olduğu diqqətə çatdırılıb.

Dövlətimizin şəhid ailələrinə və vətən uğrunda sağlamlığını itirmiş şəxslərə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edən qazilərimiz Qələbəyə xalqımızın birliyinin və həmrəyliyinin sayəsində nail olduğumuzu vurğulayıblar.

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları da Vətən müharibəsində böyük şücaət göstərən qazilərimizi ziyarət ediblər. Vətənimizin igid oğullarına baş çəkməyi özlərinə borc bilən asayiş keşikçiləri onları vətənpərvər böyüdən valideynlərə minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.