ELM VƏ TƏHSİL
Vətəndaş elmi layihələrinin konseptual modeli işlənilir
Bakı, 16 sentyabr, AZƏRTAC
AMEA İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda “Vətəndaş elmi layihələrinin formalaşdırılmasının ümumiləşdirilmiş konseptual modeli” mövzusu barədə məlumat verilib. İnstitutun əməkdaşı Nərgiz Verdiyeva vətəndaş elmi layihələrinin qurulma mərhələlərini nümunələr əsasında təqdim edib, ümumiləşdirilmiş konseptual modeli diqqətə çatdırıb. O, yaranma səbəbinə görə maraq doğuran vətəndaş elmi layihələrindən nümunələr gətirib.
Məruzəçi qeyd edib ki, müxtəlif vətəndaş elmi layihələrinin yaradılmasındakı oxşar cəhətləri nəzərə almaqla və layihələrin idarə edilməsi mərhələlərini ümumiləşdirib inkişaf etdirməklə vətəndaş elmi layihəsinin formalaşdırılmasının konseptual modelini qurmaq mümkündür. Nərgiz Verdiyeva qeyd olunan mərhələlər çərçivəsində problemin müzakirəsi və təkmilləşdirilməsi, texniki və proqram vasitələrinin tətbiqi, təhlükəsizliyin təmin olunması, nəticələrin nəşri işlərinin həyata keçirildiyini bildirib.