Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Vətəndaşlar Prezidentə yazırlar: Cəbhədə şanlı Ordumuzun şücaəti, siyasi arenada Sizin qətiyyətiniz, iradəniz hər birimizi qürurlandırır

Vətəndaşlar Prezidentə yazırlar: Cəbhədə şanlı Ordumuzun şücaəti, siyasi arenada Sizin qətiyyətiniz, iradəniz hər birimizi qürurlandırır

Bakı, 27 oktyabr, AZƏRTAC

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə vətəndaşlarımızdan, xaricdə yaşayan soydaşlarımızdan, eləcə də qardaş Türkiyə və digər ölkələrin vətəndaşlarından məktublar ünvanlanmaqda davam edir.

AZƏRTAC Prezidentin saytına istinadla həmin məktubların bəzilərini təqdim edir.

Türkiyənin Sakarya vilayətindən Sarıgül Səvzəliyeva yazır: “Çox dəyərli Prezident, hörmətli cənab Ali Baş Komandan, mən əslən türkəm, həyat yoldaşım isə Azərbaycandandır. Tarixi çox sevirəm, tarix müəllimiyəm. Universitetdə tarix dərsləri keçərkən Qarabağda yaşanan qətliamları, Xocalı qırğınını göz yaşları ilə oxuyardım. Bu gün isə rəhbərliyinizlə qəhrəman Azərbaycan Ordusunun tarixə yazdıqlarını sevinc göz yaşları ilə izləyirəm. Azərbaycan tarixində dönüş yaradacaq fəaliyyətinizi yeni nəsillərə ləyaqətlə öyrədəcəyimdən zərrə qədər şübhəniz olmasın. Qarabağın düşmənlərdən təmizlənməsi uğrundakı mübarizənizi cani-könüldən dəstəkləyirik. Çox sevdiyimiz Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə Respublikasının hər bir sakini kimi lazım olduqda can Azərbaycan üçün canımızı fəda etməyə hazır olduğumuzu bildirmək istəyirəm. Sevgili atanız ulu öndər Heydər Əliyevin dediyi kimi, biz bir millət, iki dövlətik. Allahın köməyi ilə zəfər Azərbaycan Ordusunundur. Rəbbim Sizi və qəhrəman əsgərlərimizi qorusun!”.

Mersin vilayətindən Atila Mehmet: “Çox hörmətli Prezident, Allahdan Sizə və xalqınıza daimi lütf və mətanət arzulayır, şəhidlərinizə isə rəhmət diləyirəm. Taleyinizdə nə varsa onu paylaşmaq, qarşılaşdıqlarınız önündə sizlərlə çiyin-çiyinə durmaq istəyirəm. Allah Sizi, bizi və bütün İslam dünyasını qorusun, yar və yardımçınız olsun. Bizlərlə xain davranan, oyun oynamağa cəhd edən düşmənlərimiz isə gücün nə olduğunu gördülər. Uca Rəbbimdən tezliklə işğal altında olan torpaqlarınızı azad etmək üçün xalqınıza kömək olmasını arzulayıram. Bir türk olaraq bu mübarizənizdə daim Sizin yanınızda olmaq, “bir millət, iki dövlət” ideyasına xidmət etmək istəyirəm. Qəlbimlə, ruhumla və dualarımla Sizin yanınızdayam. Sizin yolunuzda, haqqın, ədalətin bərpası yolunda qardaşlarımla bir sırada olmaq, Allah qismət edərsə, şəhidlik zirvəsinə ucalmaq mənim üçün şərəfdir. Artıq analarımızın, atalarımızın göz yaşı axıtmasını, övladlarımızın valideynlərindən məhrum olmasını istəmirik. Allaha əmanət olun!”.

Bakı şəhər sakini Qələmirzə Masiyev: “Çox hörmətli möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız, müstəqil Azərbaycanın vətəndaşı olaraq daim Sizin "Azərbaycan güclü dövlətdir, Azərbaycanın güclü ordusu var" şüarınıza inandıq. Yalnız bir çox halda səbirsizlik edirdik. Ancaq "nəyi nə vaxt və necə etməyi də" Sizdən yaxşı bilənin olmamasına inanırdıq. Nə yaxşı ki, müstəqil Azərbaycanın qurucularından olan bizim nəsil də sayənizdə bu xoşbəxt günləri gördü. Biz dövlətimizlə, liderimizlə, əvəzolunmaz və möhtəşəm tarix yazan sərkərdəmizlə fəxr edirik. Ərazi bütövlüyümüzün, milli kimliyimizin, şərəfimiz və ləyaqətimizin bərpasını təşkil və təmin edən bir lider əbədi olaraq xalqımızın rəhbəri, lideri kimi tarixə düşdü. Tam əminəm ki "İlhamla irəli"nin ən məsul və yaradıcı dövrü indi başlayır. Sizi və xalqımızı bu nailiyyətlər münasibətilə təbrik edirəm. Cəbhə bölgəsinə könüllü olaraq yollanan oğlum daxil olmaqla Allah bütün əsgər və zabitlərimizi qorusun, bizə zəfərlər nəsib etsin! Qələbə bizimlədir, Qarabağ Azərbaycandır!”.

İsmayıllı sakini Rövşən Rüstəmov: “Möhtərəm Prezidentimiz, Sizin rəhbərliyinizlə 30 illik torpaq həsrətinə son qoyulduğuna, şanlı Ordumuzun hər gün qazandığı qələbələrə görə Sizə təşəkkür və minnətdarlığımı bildirirəm. Cənab Prezident, mən belə düşünürəm ki, Siz Azərbaycan Respublikasının Milli Qəhrəmanısınız. Sizinlə bütün Azərbaycan xalqı fəxr edir, hər gün cəbhədə işğaldan azad olunmuş rayon və kəndlərimizdə Azərbaycan bayrağı dalğalandırılır. Əminəm ki, tezliklə bütün torpaqlarımız düşmən tapdağından azad olunacaq, Azərbaycan bayrağı hər bir şəhər və rayonda dalğalandırılacaqdır. Allah Sizi qorusun, kölgənizi Azərbaycan xalqının başı üzərindən əskik etməsin!”.

Mingəçevir şəhər sakini Rövşən Zamanov: “Hörmətli Ali Baş Komandan, bütün Azərbaycan xalqı Sizinlədir. Mən bir kəlbəcərli kimi, Sizinlə fəxr edirəm. Fəxr edirəm ki, Sizin kimi Ali Baş Komandanımız var. Allah müzəffər Ordumuzu qorusun! Siz adınızı Azərbaycan tarixinə qızıl hərflərlə yazdıran bir sərkərdəsiniz. Bütün Azərbaycan xalqı Sizinlədir. İşğal olunmuş torpaqlarımızın, o cümlədən Kəlbəcərin bir hissəsinin işğaldan azad olunması xəbərlərini Sizin dilinizdən eşitdikdə, sevincimizin həddi-hüdudu olmadı. Cənab Prezident, Siz, eyni zamanda, bütün türk dünyasının qəhrəmanısınız! Kəlbəcərdə Sizi qarşılamaq, qonaq etmək ümidi ilə yaşayıram”.

Gəncə şəhər sakini Xalidə Əsgərova: “Müzəffər Ali Baş Komandan, mən bir şəhid anası kimi Sizin Azərbaycan torpaqlarının, xüsusilə də Füzulinin və Lələtəpə yüksəkliyinin erməni daşnaklarından geri almağınız münasibətilə Sizə təşəkkürümü bildirirəm. Yeganə oğlum, kapitan Zaur İsmayılov 2004-cü ildən Horadiz qəsəbəsindəki hərbi hissədə xidmət edirdi. Gecə-gündüz dincəlmədən əsgərləri ilə birlikdə Lələtəpə yüksəkliyinin geri alınmasına hazırlaşırdı və hər zaman Sizin əmrinizi gözləyirdi. Oğlum Lələtəpə yüksəkliyi uğrunda gedən döyüşlərdə yaralanan əsgərləri səngərdən çıxarıb geri qayıdanda ürəyindən vurulmuşdu. Mən öz oğlumla fəxr edirəm. Vətən sağ olsun! Bir ana kimi həm sevinirəm, həm də kədərlənirəm. Sevinirəm ona görə ki, Qarabağdakı torpaqlarımız geri alınır. Kədərlənirəm ona görə ki, bu günü görmədi, amma əminəm ki, oğlum Zaurun ruhu şaddır. Arzum budur ki, gün o gün olsun ki, bütün torpaqlarımız geri alınsın. Tezliklə, qələbə bizim olsun. Uca Tanrı Sizi qorusun, Azərbaycan xalqına çox görməsin!”.

Şəkidən Besik Kuribabaşvili yazır: “Müzəffər Ali Baş Komandan, mən 1983-cü ildə Qax rayonunun Meşəbaş kəndində anadan olmuşam. Hərbi xidmətimi 2002-ci ildə Füzuli rayonunun Alxanlı kəndində yerləşən hərbi hissədə tank əleyhinə raket qurğusunun baş atıcısı və manqa komandirinin müavini vəzifəsində yerinə yetirmişəm. Sizin məlum Fərmanınızı böyük sevinc və fəxr hissi ilə qarşıladıq. Vətənimizin işğal altında olan torpaqlarının azad olunması vaxtı, nəhayət gəlib çatdı. Çoxdan gözlədiyimiz an, səbirsizliklə arzuladığımız zəfər yürüşü üçün bizlərə imkan yaratdığınıza görə Sizə dərin minnətdarlığımızı bildiririk. Cənab Prezident, Vətənimin bu ağır, lakin şərəfli zamanında, ürəklərin cəbhə üçün, torpaq üçün döyündüyü bir vaxtda, hamının bir nəfər kimi “Qarabağ” deyərək mübarizəyə qalxdığı anda mən də bir Azərbaycan vətəndaşı və azsaylı xalqın nümayəndəsi kimi, Vətən qarşısında müqəddəs borcumu yerinə yetirmək istərdim. Cənab Ali Baş Komandan, doğma torpaqlarımızı düşməndən azad etmək üçün, canımdan və son damla qanımdan keçməklə şəhid olmağa hazıram. Şəhidlik zirvəsinə ucalmaq ömürboyu arzusunda olduğum xoşbəxtliyi yaşamaq deməkdir mənim üçün. Ulu Öndərimizin layiqli davamçısı kimi Sizə və rəşadətli Ordumuza bu şərəfli yolda böyük uğurlar arzulayıram. Vətənə verəcəyim candır. Qarabağ Azərbaycandır!”.

Laçın sakini Firdovsi Təhməzov: “Hörmətli cənab Prezident, mən 1992-1994-cü illərdə bir qolum olmadan Qarabağ döyüşlərində iştirak etmişəm. Torpaqlarımızın azad edilməsi, otuz ildən bəri narahat qalmış şəhid ruhlarının şad olması, mənfur erməni faşistlərinin öz layiqli cəzasını alması üçün hazırda gedən döyüşlərdə də iştirak etməyə hazıram. Əmrinizdəyəm, Müzəffər Ali Baş Komandan! Qarabağ Azərbaycandır!”.

Tərtər sakini Abil Məmmədov: “Möhtərəm cənab Prezident, mən və ailəm Sizin apardığınız siyasəti bəyənir və dəstəkləyirik. Vətənimizin ərazi bütövlüyü uğrunda apardığınız bu haqq mübarizəsində Sizə uğurlar və qələbə arzulayırıq. Bu gün hər bir azərbaycanlı öz Ali Baş Komandanı və Ordusu ilə haqlı olaraq fəxr edir. Uzun illər çəkilən zəhmətin, həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsini, bəhərini görürük. Cənab Prezident, Allah Sizi və əsgərlərimizi qorusun. Qarabağ Azərbaycandır!”.

Füzuli sakini Elmin Şıxalıyev: “Müzəffər Ali Baş Komandanımız, Siz xalqımızın yenilməz sərkərdəsisiniz. Artıq hər birimizin ürəyində Sizin qəhrəmanlıq abidəniz ucalıb. İnanırıq ki, Vətən müharibəmizdən qələbə ilə çıxacağıq. Füzuli rayonunun, xüsusilə anadan olduğum Aşağı Seyidəhmədli kəndinin işğaldan azad olunmasına görə Sizə minnətdarlığımı və daim siyasətinizi dəstəklədiyimi bildirirəm. Hər zaman Sizinləyik! Qarabağ Azərbaycandır!”.

Qubadlı rayonunun ziyalıları Abbas Abbasov, Edil Eyvazov, Məhəmməd Quliyev, Yaqub Şərifov, Rafiq Yusifoğlu, İlham Şahmuradov, Möhsün Alışov, Fətəli Abdullayev, Aytən Bayramova, Rövşən Hümbətəliyev, Mahirə Abdulla, Xankişi Məmmədov, Cabir Quliyev, Mübariz Xəlilov, Şakir Alıyev, Hacı Nərimanoğlu, Dağbəyi İsmayılov yazırlar: “Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan, komandanlığınızla sentyabrın 27-dən başlanan Qurtuluş Savaşı hər gün yeni qələbələrlə xalqımızı sevindirir, vətəndaşlarımıza sonsuz ruh yüksəkliyi bəxş edir. Bizim üçün Azərbaycanın hər qarış torpağı doğmadır, əzizdir. Ancaq etiraf edək ki, dünyaya göz açdığımız, 28 ildən bəri həsrət qaldığımız, əzizlərimizin cismi uyuyan Qubadlının yağı düşməndən azad edilməsi xəbərini Sizin dilinizdən eşitmək, ekran-efirdə görüb izləmək bir özgə hissdir. Bizim həyatımızda, mənəvi dünyamızda Qubadlının başqa yeri var. Bu xoş xəbərin bəxş etdiyi duyğunu sözlə ifadə etmək çox çətindir. İnanırıq ki, tezliklə hər birimizin o torpaqları ziyarət etmək, o ellərə dönmək arzumuz gerçəkləşəcəkdir. Xalqımız Laçın, Kəlbəcər, Şuşa, Xankəndinin də yağı tapdağından qurtuluş xəbərini Sizdən eşitmək arzusu ilə yaşayır. Hər birimiz yaxşı anlayırıq ki, bu zəfər, bu qalibiyyət yürüşü yalnız Sizin siyasi iradəniz, qətiyyətinizin, güclü təzyiqlərə sinə gərib maneələri dəf edən zəkanızın bəhrəsidir, bu qələbələr yalnız Sizin hərbi sərkərdəlik bacarığınız, Milli Ordumuza ilham, güc-qüvvət verən komandanlıq məharətiniz sayəsində gerçəkləşib. Sizinlə fəxr edirik, ən böyük minnətdarlığımız Sizədir. Xalqımızın milli qürur hisslərinin özünə qaytarılması, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi Sizin adınıza yazılan əbədi şöhrət, şərəf-şandır. Uşaqdan böyüyə hər bir azərbaycanlının qəlbində bu gün bir İlham Əliyev sevgisi boy atıb, ucalıb. İşğaldan azad edilən hər bölgəmizin ən uca zirvəsində Sizin adınız, surətiniz əbədi heykəlləşəcəkdir, çünki bunu yalnız Sizin kimi qüdrətli Prezident, Komandan reallaşdıra bilərdi. Azərbaycanı əsarətə baş əyməyən xalqı ilə, hərb meydanında savaşmağı, döyüşməyi bacaran ordusu ilə, bütün gücü ilə dünyaya tanıdan, qəbul etdirən Siz oldunuz. Hər zaman Sizinləyik, ölkəmizi işıqlı günlərə aparan siyasətinizi dəstəkləyənlərin ön sırasındayıq. Bizlərə bu sevincli və qürurverici günləri yaşatdığınız üçün Sizə sonsuz təşəkkürümüzü bildiririk. Var olun, 100 yaşayın! Allah Sizi, ailənizi qorusun, qalib Prezident, Müzəffər Ali Baş Komandanımız! Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan!”.

Sumqayıt şəhərindən Nanə Babayeva: “Hörmətli cənab Prezident, oktyabrın 26-da xalqa müraciət edərkən söylədiyiniz nitqlə bir daha xalqımızın Prezidenti olduğunuzu sübut etdiniz. Siz hər dəfə deyirsiniz “Biz haqq, ədalət istəyirik!”. Xalq da bu haqq yolunda Sizin arxanızdadır, Sizinlə birlikdədir. Bu işdə Sizin də bütün varlığınızla xalqın yanında olmağınızdan qürur duyuruq. Allah haqq işimizdə bizə, əsgərlərimizə kömək olsun. Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!”.

Ucar sakini Orxan Hüseynov: “Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan, bu çətin və şərəfli gündə Sizin əmrinizlə əks-hücum əməliyyatı nəticəsində və güclü Azərbaycan Ordusunun şücaəti sayəsində torpaqlarımızın işğaldan azad olunması münasibətilə Sizi ailəmiz və ucarlılar adından səmimi qəlbdən təbrik edirəm. Müzəffər Ali Baş Komandan, Sizin hər dəfə xalqa müraciətinizi səbirsizliklə izləyirik, bilirik ki, bizi sevindirəcəksiniz. Azərbaycanın haqq işində şanlı qələbələrlə yeni tarix yazan Müzəffər Ali Baş Komandanımızla daim qürur duyuruq! Biz zəfər çalacağıq! Nə yaxşı ki, bizim Prezidentimizsiniz! Biz həmişə Sizinləyik! Qarabağ Azərbaycandır!”.

Qubadlı sakini Günel Allahverdiyeva: “Möhtərəm cənab Prezident, Siz bu günlərdə Azərbaycan tarixinin ən şərəfli səhifəsini yazırsınız. Cəbhədə şanlı Ordumuzun şücaəti, siyasi arenada Sizin qətiyyətiniz, iradəniz hər birimizi qürurlandırır. Mən Qubadlıdan köçkün düşəndə 8 yaşım vardı. Ürəyimizdə müharibənin açdığı yaralarla böyüdük. Amma bu günlərdə torpaqlarımızın azad olunması xəbəri yaralarımıza məlhəm oldu. Qubadlı sakini kimi öz adımdan və bütün qubadlılılar adından Sizə və müzəffər Ordumuza dərin minnətdarlığımızı bildirirəm. Qarabağ bizimdir, zəfər bizimlədir!”.

Qubadlının daha bir sakini Səidə Məhərrəmova: “Müzəffər Ali Baş Komandan, bizə bu qələbə sevinclərini yaşatdığınız üçün minnətdaram. Azərbaycanın üçrəngli bayrağı Şuşada və işğal altında olan digər torpaqlarımızda dalğalanacaq. Azərbaycan xalqı Sizi sevir və Sizinlə qürur duyuruq. Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanda hakimlərin müstəqilliyinin gücləndirilməsi istiqamətində qanunvericiliyə edilmiş son dəyişiklikləri Avropa hakimləri yüksək qiymətləndiriblər

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib  YENİLƏNİB

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər REPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşaya gəliblər

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa  YENİLƏNİB

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB VİDEO

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB