Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Vətəndaşlar Prezidentə yazırlar: Xalqımızın öz Ali Baş Komandanı ətrafında yumruq kimi birləşdiyini görmək qürurvericidir

Vətəndaşlar Prezidentə yazırlar: Xalqımızın öz Ali Baş Komandanı ətrafında yumruq kimi birləşdiyini görmək qürurvericidir

Bakı, 11 oktyabr, AZƏRTAC

Azərbaycan vətəndaşları, xaricdə yaşayan soydaşlarımız, eləcə də digər ölkələrin vətəndaşları Prezident İlham Əliyevə məktublar ünvanlamaqda davam edirlər.

AZƏRTAC Prezidentin saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir.

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindən Ələsgər Ağayev yazır: “Hörmətli cənab Prezidentimiz, mən sadə cümlələrlə, ürək sözlərimlə Sizə təşəkkür etmək istəyirəm. Harada yaşamağımızdan asılı olmayaraq hamımız Sizin arxanızda dağ kimi dayanmışıq. Sizin dediyiniz hər bir sözün, hər bir bəyanatınızın arxasında xalq dayanıb. Sizin hər çıxışınız dünyaya səs salır, düşmənlərə, hətta güclü dövlətlərdən olan havadarlara meydan oxuyur, Azərbaycanın qəti mövqeyini ortaya qoyur. Var olun, yüz yaşayın. Azərbaycan var olduqca, Siz də yaşayacaqsınız. Azərbaycan isə hər zaman var olacaq, deməli, Siz də yaşayacaqsınız”.

Türkiyənin Kayseri şəhərindən Cem Küçüktürk: “Hörmətli cənab Prezident, Sizə böyük hörmətlərimi çatdıraraq Türkiyədə hər bir kəsin ürəyinin, canının bir hissəsinin Azərbaycandakı qardaşlarımızın yanında olduğunu bildirirəm. Şəhidlərinizə görə başda Siz olmaqla Azərbaycan xalqına başsağlığı verir, yaralılara şəfa diləyirəm. Allahım hamınızın yar və yardımçısı olsun. Yaşamış olduğunuz xain hücum haqqında eşidəndə mütəəssir oldum. Amma əmin idim ki, Azərbaycan xalqın köməyi ilə bu təcavüzün də öhdəsindən gələcək. Düşməniniz düşmənimizdir, Sizə xainlik edən bizə xainlik etmişdir. Qələbənizə mübarək olsun deyir, bütün türk milləti adından yanınızda olduğumuzu bildirirəm”.

Ukraynanın paytaxtı Kiyevdən Əbülfəz Qasımov, Ağasəlim Bağırov, Fərhad Turanlı, İlham Ələsgərov, Nicat Mirzəyev, Rövşən Tağıyev və İlqar Abbasov yazırlar: “Möhtərəm Prezident, cənab Ali Baş Komandan, Ukraynada yaşayan çoxsaylı həmvətənlərimizin adından Sizə və Sizin şəxsinizdə rəşadətli Azərbaycan Ordusuna səmimi minnətdarlığımızı bildirmək istəyirik. 30 ildir ki, erməni işğalçıları tərəfindən zəbt edilmiş Azərbaycan ərazilərini - Dağlıq Qarabağ və 7 ətraf rayonunu işğaldan azad etmək və 1 milyon qaçqını öz yurd-yuvalarına qaytarmaq üçün çıxdığınız bu müqəddəs yolda Sizi dəstəkləyirik. Son günlər cəbhə bölgəsindən gələn şad xəbərlər bizi - Ukraynada yaşayan bütün azərbaycanlıları sevindirir və qürurlandırır. Qüdrətli Ordumuz Sizin əmrinizlə gücünü düşmən üzərində göstərir, onlara layiq olduqları cavabı verir. Cənab Prezident, bu gün Sizin rəhbərliyiniz altında Milli Ordumuzun əsgərləri düşməni işğal olunmuş Azərbaycan torpaqlarından qovur. Dövlətimizin erməni təcavüzkarlarına qarşı informasiya müharibəsinin uğurla aparılmasında, erməni saxtakarlığını ifşa edən, təkzibedilməz dəlillərə əsaslanan publisistik və elmi əsərlərdən ibarət materialların Ukraynada davamlı şəkildə yayılmasında rol oynayan Ukraynadakı Azərbaycan ziyalıları müqəddəs Vətənimizin ərazi bütövlüyü uğrunda gedən haqq savaşında Azərbaycan dövlətinin və Milli Ordumuzun daim yanında olduğunu bəyan edir. Siz və Sizin əmrinizdə olan qəhrəman Azərbaycan Ordusu düşmənlərimizə və bütün dünyaya göstərdi ki, biz əzəli-əbədi torpağımız olan Qarabağ uğrunda sona qədər döyüşməyə hazırıq. Tarixi ədalət bizim tərəfimizdədir. Sizə dərin hörmətimizi və dəstəyimizi bildiririk. Hər an əmrinizdə olduğumuzu ifadə etmək istəyirik. Biz həmişə Vətənimiz Azərbaycanın yanındayıq və Sizin yürütdüyünüz siyasəti dəstəkləyirik. Sizin rəhbərliyiniz altında torpaqlarımızın son qarışına qədər geri alınacağına inanırıq. Hər birimizin ürəyinə sevinc gətirən fərəhli Qələbə gününü səbirsizliklə gözləyirik. Yolumuz haqq yoludur! Qarabağ Azərbaycandır!”.

Bakı şəhərinin sakini İltifat Muradov: “Hörmətli cənab Prezident, əziz Ali Baş Komandan, Sizə Ulu Öndərin layiqli davamçısı kimi müraciət edərək Sizinlə qürur duyduğumu deyirəm. Mən Qarabağ qazisiyəm. Azərbaycanın Milli Qəhrəmanı Koroğlu Rəhimovla çiyin-çiyinə döyüşmüşəm. 57 yaşım olsa da bir çağırışınız yetər ki, Azərbaycan dövlətinin bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edim. Canımı Vətən yolunda fəda etməyə hazıram. Siz xalqımızın, bütün Azərbaycanlıların Qəhrəmanısınız. Allah Sizi qorusun. Qürurla deyirik: Qarabağ Azərbaycandır!”.

Cəbrayıl sakini Vəli Şahverdiyev: “Hörmətli cənab Prezident, torpaq bizim əbədi Vətənimizdir. Mən Cəbrayılda doğulmuşam, orda yaşa dolmuşam, orda ulularımız dəfn olunub. Bir də onu deyim ki, ata yurdumda 30-a qədər döyüş qabiliyyətli övladlarımız var. Onlar və mən özüm döyüşə hazırıq. Mənim ailəm qadir dövlətimin verdiyi mənzildə yaşayır. İnanaraq deyirdim ki, yaxın illərdə doğma torpaqlara qayıdacağıq. Bu gün Siz xəyalları gerçəyə çevirdiniz. Bunun üçün Sizə uzun ömür, xoş günlər arzulayıram. Deyirəm, eşq olsun Sizi dünyaya gətirən Anaya! Eşq olsun Sizə! Siz xalqın qəlbində heykəlinizi qoydunuz. Qarabağ Azərbaycandır!”.

Saatlı rayonundan Əjdər Əliyev yazır: “Möhtərəm Prezident, cənab Ali Baş Komandan, Sizə bu məktubu çox sevinə-sevinə yazıram. Ona görə ki, Siz bizim Prezidentimiz olmaqla yanaşı, həm bizim, həm də dünya azərbaycanlılarının ağsaqqalısınız. Erməni dığalarının torpaqlarımızdan qovulması üçün cəsarətlə addım atdınız. Mən Sizin bu addımınızı alqışlayıram. Sizin zəfər bayrağınız mübarək olsun. Siz bizim müdrik Prezidentimizsiniz. Sizin fəaliyyətiniz dünya tarixinə qızıl həriflərlə yazılır. Çünki Siz ulu öndər Heydər Əliyevin oğlu olaraq onun siyasətini uğurla aparırsınız. Sizə uğurlar arzulayırıq”.

Salyan rayonunun sakini Məhəmməd Ağayev: “Cənab İlham Əliyev, çox hörmətli Ali Baş Komandan, dövlətimiz üçün ağır, lakin gələcəyə böyük ümid yaradan bu günlərdə xalqımızın yumruq tək öz Ali Baş Komandanı ətrafında birliyini görmək qürurvericidir. Bu, bizdə ölkəmizin gələcəyinə böyük ümidlər yaradır. Hamı kimi mənim də sevincimin həddi-hüdudu yoxdur. Yaşımdan asılı olmayaraq, ehtiyatda olan bir zabit kimi mən də ordu sıralarında olmağı çox arzulayıram. Gənclərimizin səfərbər olaraq ordu sıralarında torpaqlarımızın azadlığı uğrunda vuruşmaları məni hədsiz qürurlandırır və fərəhləndirir. Sizin komandanlığınız altında mübariz əsgər və zabitlərimizin düşmənə sarsıdıcı zərbələr vurması bizi hər gün zəfərə bir addım daha yaxınlaşdırır. Yaşasın müstəqil Azərbaycan! Yaşasın Ali Baş Komandanımız və müzəffər Ordumuz!”.

Masallıdan Rəcəb Ağayev: “Çox hörmətli cənab Prezident, mən Masallı rayonunun Qızılavar kəndində yaşayıram. Kənd təsərrüfatı sahəsində xırda sahibkarlıq fəaliyyəti ilə məşğul oluram. Hazırda erməni faşistlərinə qarşı xalqımızın haqq savaşı gedir. Mən də döyüşə getmək üçün könüllü müraciət edənlər sırasındayam. Rayonumuzda olan bu qədər ruh yüksəkliyini heç vaxt görməmişik. Hər gün hərbi komissarlığın qarşısında döyüşə könüllü gedənlərin növbəsidir. İnsanlarımız şəhidlərimizin qisasını almaq üçün növbəyə durmuşdur. Hamı Mübariz İbrahimov və Polad Həşimov olmaq istəyir. Ordumuzun qələbələri sanki insanlara qol-qanad verib. Hər yerdə qələbə sevinci yaşanır. Belə bir Qəhrəman xalqı olan dövlətdə yaşadığımıza görə fəxr edirik. Sağ olun, var olun. Yaşasın Azərbaycan Ordusu! Eşq olsun, Ali Baş Komandanıma!”.

Bakı şəhərinin sakini İbrahim Abbaszadə: “Əziz Prezidentim, mənim adım Abbaszadə İbrahimdir. Mən Bakıda 240 saylı məktəbdə təhsil alıram. Mənim yaxınlarda 10 yaşım olacaq. Mən Azərbaycan Ordusunu dəstəkləyirəm. Azərbaycan Ordusu çox güclüdür. Mən inanıram ki, Qarabağ erməni faşistlərindən azad olunacaq. “Mən fəxr edirəm ki, Azərbaycanlıyam!”, - bu kəlməni ümummilli liderimiz Heydər Əliyev söyləmişdir. Allah Ulu Öndərimizə və şəhidlərimizə rəhmət eləsin. Bu məktubumla mən Türkiyəyə də ürəkdən təşəkkürümü bildirirəm. Ona görə ki, onlar hər zaman bizim yanımızdadırlar. Qarabağ bizimdir, bizim olacaq!”.

Beyləqan rayonunun sakini Mirmehdi Məmmədov: “Hörmətli cənab Prezident, otuz ilə yaxın vaxtdır ki, torpaqlarımız faşist erməni işğalçılarının tapdağı altındadır. Sizin uzaqgörən siyasətiniz nəticəsində torpaqlarımız işğaldan azad olunmaqdadır. Qüdrətli ordumuzun apardığı uğurlu hərbi əməliyyatlar hamımızda böyük ruh yüksəkliyi yaratmışdır. Qətiyyətlə inanırıq ki, Sizin rəhbərliyinizlə torpaqlarımız qısa müddətdə işğaldan tam azad ediləcəkdir. Qələbə bizimlədir. Allah Sizi qorusun”.

Biləsuvardan Babək Hətəmov: “Hörmətli cənab Prezidentimiz, mən Biləsuvar şəhər Mübariz İbrahimov adına liseyin 7-ci sinif şagirdiyəm. Mənim ən böyük arzum Milli Qəhrəmanımızın qisasının alınmasını görmək idi. Bu sevinci bizə yaşatdığınız və Mübarizin, eləcə də minlərlə şəhidimizin qanını yerdə qoymadığınız üçün təşəkkür edirəm. Mən və mənim yaşıdlarım inanırıq ki, Sizin rəhbərliyiniz və əzmkarlığınızla Azərbaycan bayrağı əbədi olaraq Qarabağda dalğalanacaq”.

Mingəçevir şəhərindən Elşad Qaziyev: “Möhtərəm Prezident, cənab Ali Baş Komandan, Mən ailəm adından Sizə dərin minnətdarlığımı bildirirəm ki, Siz hər zaman olduğu kimi öz uzaqgörən və qətiyyətli addımlarınızla Azərbaycan dövlətinin inkişafına böyük töhfələr verirsiniz. Ulu Öndərimiz hər zaman deyərdi: “Mən fəxr edirəm ki, azərbaycanlıyam”. Mən də fəxr edirəm ki, Sizin kimi Prezidentim var”.

Füzuli sakini Alagöz Səfərova: “Hörmətli cənab Prezident, Füzuli şəhərindən olan bir məcburi köçkün kimi 30-ilə yaxın müddətdir ki, düşmənlə üz-üzə cəbhə bölgəsində qorxmadan, şərəflə yaşayıram. Dərs dediyim məktəbdə şagirdlərimə Sizin apardığınız siyasətin ölkəmiz üçün nə dərəcədə vacib olduğunu həmişə bildirmişəm. Mən və şagirdlərim buna bir daha əmin olduq. Uzun müddətdən sonra Sizin rəhbərliyinizlə qüdrətli ordumuz bizi sevinc göz yaşlarına boğdu. Cənab Prezident, mənim həyat yoldaşım hərbiçi kimi Vətənə borcunu şərəflə yerinə yetirməkdədir. Bu bir həyat yoldaşı kimi, bir ana kimi məni çox qürurlandırır. İnanıram ki, Sizin rəhbərliyinizlə, Ordumuzun gücü ilə, qeyrətli əsgərlərimizlə çox yaxında üç rəngli bayrağımızı Qarabağda dalğalandıracağıq. Bu Vətən qeyrətli insanların Vətənidir. Bu Vətən bizimdir, Qarabağ bizimdir. Qarabağ Azərbaycandır! Allah Sizi və qüdrətli ordumuzu qorusun”.

Qubadan Sahib Kərimov: “Möhtərəm Prezident, cənab Ali Baş Komandan, şanlı ordumuz erməni cəlladlarının Azərbaycan torpaqlarının işğalı ilə barışmayaraq Azərbaycan xalqının tələbi ilə torpaqlarımızı düşmənlərdən təmizləyir. Bunlara görə Sizə və şanlı Ordumuza “çox sağ olun” deyirik. Cəbhədə şəhid olan qəhrəmanlara görə, onların ailələrinə və bütün Azərbaycan xalqına başsağlığı verirəm. Cəbhə xəttində, Ağdamın Çəmənli kəndində hərbi xidmət keçmiş böyük oğlum Kərimov Osman və kiçik oğlum Kərimov Həmidulla çavuşdurlar. Onlar könüllü olaraq müharibəyə getmək üçün aidiyyəti orqanlara müraciət etmişlər. Mən bununla fəxr edirəm. Vətən bizim hamımızındır. Allah Ali Baş Komandana və qəhrəman Ordumuza kömək olsun. Yaşasın müstəqil Azərbaycan Respublikası!”.

Biləsuvardan Bəhmən Bayramov yazır: “Möhtərəm cənab Prezident, mən yaşıma görə Sizi özümə qardaşoğlu hesab edirəm. Sizin apardığınız siyasət nəticəsində mən və xalqımız sanki dirilmişik. Nəvələrim hamısı ordudadır. Onlar mənə şad xəbər verdilər ki, torpaqlarımızı yağı düşməndən azad edirik. Mən sevincimdən ağladım. Mənim 90 yaşım oktyabrın 15-də tamam olacaq. Bu günü ki gördüm, bundan sonra mənə daha ölüm yoxdur. Sizi Allaha tapşırıram. O, özü Sizə yar olsun! Allah Xalqımızı və Ordumuzu qorusun!”.

Cəbrayıl rayon sakini Rövşən Məmmədov: “Möhtərəm cənab Prezident, başda Siz olmaqla çox hörmətli Mehriban xanımı və Azərbaycan xalqını bizlərə bəxş etdiyiniz bu qələbə sevinci münasibətilə öz adımdan, ailəmiz adından və Cəbrayıl rayonu sakinləri adından təbrik edirəm. Sizə uzun ömür, cansağlığı arzu edirəm. Mən bir azərbaycanlı və Cəbrayılın Böyük Mərcanlı kənd sakini olaraq Sizinlə fəxr edirəm. Bizim Cəbrayılımızı və bir neçə kəndlərimizi 30 ilə yaxın həsrətdən sonra bizlərə qaytardınız bu sevinci bizlərə bəxş etdiniz. Allah Sizi, Mehriban xanımı və Azərbaycan əsgərlərini qorusun. Qələbə bizimdir, Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.

Qobustan sakini Elçin Əmiraslanov: “Hörmətli cənab Ali Baş Komandan, bu tarixi gün münasibətilə Sizi, xalqımızı ürəkdən təbrik edirəm. İnanıram ki, Sizin rəhbərliyiniz altında yaxın vaxtlarda Şuşada, Ağdamda, Xankəndidə, bütün işğal olunmuş ərazilərimizdə üçrəngli Azərbaycan bayrağı dalğalanacaq. Biz keçmiş döyüşçülər günü bu gün də Vətən yolunda Sizin rəhbərliyiniz altında, qanımızdan, canımızdan keçməyə hazırıq. Sizin siyasi kursunuzu, hərbi siyasətinizi dəstəkləyir və alqışlayırıq. Cənab Ali Baş Komandan, elə başa düşülməsin ki, mən özümü kənarda qoymaqla azadlığa nail olmağımızı istəyirəm. Sizə çox məsuliyyətlə bildirirəm ki, Vətən uğrunda canımı, qanımı belə verməyə hazıram. Bu çətin, lakin şərəfli işinizdə Tanrı Sizə və millətimizə yar olsun!”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində

Rəhman Hacıyev: “Qarabağın rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verir

Azərbaycanlı qida mütəxəssisi Mərakeşdə keçirilən festivalda iştirak edib

Argentinanın etiqad işləri üzrə katibi Azərbaycanda tolerantlığın qorunub saxlanılmasını yüksək qiymətləndirib

Dövlət Xidməti: Bir sıra bank və müəssisələrə aid çoxsaylı konfidensial məlumatlar ödənişsiz platformalarda dərc olunur

Nigeriyada qızılca xəstəliyindən bir həftədə 42 nəfər ölüb

Berlində “Diehl” müdafiə konserninin binası yanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Premyer Liqa: Bu gün “Qarabağ” – “Neftçi” oyunu keçiriləcək

Rusiyalı deputat: “Bakı prosesi” özünü qlobal platforma kimi tanıtdı

Xankəndidə bir həftə ərzində xeyli sayda silah-sursat və partlayıcı maddələr aşkarlanıb

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 6 nəfər xilas edilib

Milli Kitabxanada Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş sərgi açılıb

Norveçli səyyahlar qrupu Xudafərin körpüsü ilə tanış olublar

Dünya birjalarında neft ucuzlaşıb

DYP atmosferin çirklənməsinin qarşısının alınması ilə bağlı sürücülərə müraciət edib

Bakıdakı bədii gimnastika üzrə Avropa Kubokunda ilk qaliblər müəyyənləşəcək

“Azeri Light” markalı neft ucuzlaşıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb

Hərbi İdarəetmə İnstitutunda təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirilib

Tümen vilayətində çayların daşması ağır fəsadlara səbəb olub

İsraildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Qaxda mağaza sahibinin pulunu oğurlayan şəxs saxlanılıb

Beyləqanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər keçirilib

Biləsuvarda kəsici-deşici alətlərin satışının qarşısı alınıb

“Der Spiegel”: Nasist Almaniyasının Hərbi Hava Qüvvələri komandirinin evində insan sümükləri tapılıb

Linkoln tarix festivalı çərçivəsində nadir Roma dodekaedri sərgilənəcək

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb YENİLƏNİB

Devid Kameron NATO qoşunlarının Ukraynaya göndərilməsini təhlükəli eskalasiya adlandırıb

Braziliyanın cənubunda leysan yağışları nəticəsində ölənlərin sayı 39-a çatıb

Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını mart ayında 15 tondan çox artırıblar

“Baker Hughes”: Dünyada neft-qaz qazma qurğularının sayı azalıb

Nepal məhkəməsi Everest zirvəsinə qalxmaq üçün icazələrin sayını azaltmaq qərarına gəlib

Haitinin şimalında torpaq sürüşməsi 12 nəfərin həyatına son qoyub

İlon Mask ABŞ dollarının dəyərsizləşəcəyi ilə bağlı xəbərdarlıq edib

Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb

Səmt müəyyənetmə üzrə dünya çempionatı 2029-cu ildə İsveçdə keçiriləcək

Macarıstanın xarici işlər naziri Makronun Ukraynaya qoşun göndərilməsi ilə bağlı bəyanatının əleyhinə çıxıb

ABŞ prezidentliyinə namizəd NATO-nun genişlənməsinə qarşıdır

Babək rayonunda Şəhidlər bulaq abidə kompleksi tikilir

Prezident İlham Əliyevin COP29 tədbiri ilə bağlı dəvət məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb

Azərbaycan Milli Xalça Muzeyində “Xalçalarda yaşayan tariximiz” adlı sərgi açılıb

Qaxda qanvermə aksiyası keçirilib

İmişlidə keçirilən regional müşavirədə yanğın təhlükəsizliyi müzakirə olunub

Volodimir Zelenski: Ukrayna Rusiya ilə müharibənin yeni mərhələsi ilə üz-üzədir

Heydər Əliyev Mərkəzində konsert - Puççiniyə ithaf

Azərbaycanın daha bir gimnastı Bakıdakı Avropa Kubokunda finala yüksəlib

İtaliyanın xəbər agentliyi VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan yazıb

Mixail Brızqalov: Azərbaycan Musiqi Mədəniyyəti Muzeyi və Rusiyanın Musiqi Muzeyi birgə sərgilər təşkil edəcək

Basketbol Liqası: "Sərhədçi" seriyanı bərabərləşdirib

Qarabağ Dirçəliş Fondu və Bakı Marafon Klubu Bakı marafonunda birlikdə iştirak edəcəklər

Monteneqro və Azərbaycan Gimnastika federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb

ADPU-nun Quba filialında Azərbaycan–Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzi fəaliyyətə başlayıb

"Prezident Kuboku - 2024" beynəlxalq reqatasının bağlanış mərasimi keçirilib

İƏT-in Aİ-dəki keçmiş daimi müşahidəçisi Azərbaycanın dinlərarası dialoqun qurulmasında təşəbbüskarlığını yüksək qiymətləndirib

Şri-Lanka mədəni irsin qorunması üzrə təcrübəsini ölkəmizlə bölüşməyə hazırdır

YAP Həmkarlar İttifaqı Komitəsinin hesabat yığıncağı keçirilib

Andrey Kondraşov: Bir çox ölkələr və təşkilatlar MDB ölkələrinin yaxınlaşmasını istəmirlər VİDEO

Qafqaz Müsəlmanları İdarəsinin sədri ölkəmizdə səfərdə olan dini liderlərlə görüşüb

Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub VİDEO

Bioelektrik siqnal şəbəkəsinin formalaşmasının molekulyar-struktur əsasları - elmi seminar

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dual peşə təhsil proqramı çərçivəsində dəyirmi masa təşkil edilib

Ekspert: Yeni tariflər elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmada sui-istifadə hallarının qarşısının alınmasına öz töhfəsini verəcək

Azərbaycan dili üzrə sertifikasiya imtahanı ilə bağlı vebinar keçirilib

Məktəbin İnkişaf Planı çərçivəsində metodik görüşlər davam etdirilir

Kanadalı idmançı: Azərbaycanda gimnastikaya böyük maraq var

"Dalğa - 2024" birgə taktiki təliminin yekun nəticələri təhlil edilib

Bakıda “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda tədbir keçirilib  YENİLƏNİB

® “Kapital Bank”ın sponsorluğu ilə ölkəmiz “Türk Dövlətləri İqtisadi Forumu 2024” layihəsinə ev sahibliyi edib

AzMİU tələbələrinin Şəkidə “ArchiVision WeekEND Camp”ı təşkil olunub

Bakı Kitab Mərkəzində “Əzim Əzimzadə” kitab-albomunun təqdimatı olub

Elm və Təhsil Nazirliyi ilə NAFSA arasında əməkdaşlıq imkanları müzakirə edilib

® “Bakcell” Fəvvarələr meydanında yeni innovativ mağazasını təqdim edib!

BDU-da QS beynəlxalq reytinq agentliyinin regional direktoru ilə görüş

Albaniyalı akademik Azərbaycandakı dinlərarası harmoniya barədə məlumatlandırılıb

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri üzrə qiymətlər müəyyənləşdirilib

ADNSU ilə Daşkənd Kimya Texnologiya Universiteti arasında əməkdaşlıq imkanları müzakirə edilib

Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb

Azərbaycan-Rusiya əməkdaşlığının nəqliyyat sahəsindəki inkişaf perspektivləri müzakirə olunub

Uşaqlara görə erkən pensiya hüququ yaranan şəxslərə də elektron qaydada pensiya təyin olunacaq

Türkiyənin “Mədəniyyət yolu” festivalında Azərbaycanın iştirakı müzakirə edilib

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Bakı-Novorossiysk şimal ixrac neft boru kəmərində təlim keçirib

“Heydər Əliyev və milli mədəniyyət strategiyası” - tələbə-şagird konfransı

Amerika din xadimləri ilə görüşdə Azərbaycandakı tolerantlıq mühiti diqqət mərkəzində olub

Bakının bir neçə piyada keçidində lift və eskalatorlar təmir edilib

Xarıbülbül çiçəyi Amerika nəşrinin üz qabığında

Türkiyə-Azərbaycan Universiteti növbəti tədris ilində tələbə qəbuluna başlayacaq

Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır

® “GSMA M360 Eurasia 2024” Bakıda beynəlxalq sənaye liderlərini bir araya gətirəcək

Premyer Liqa: “Qarabağ” – “Neftçi” oyununun hakimləri müəyyənləşib

“Elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına məhdudiyyətlər tətbiq edilməyən istehlakçıların siyahısı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1063-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Lənkəranda vətəndaşların müraciətlərini dinləyib

San-Tome və Prinsipi ada dövləti Portuqaliyanın müstəmləkəçilik təzminatının ödənilməsi haqqında plan hazırlayır

“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 avqust tarixli 359 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Malayziyalı parlamentarilər Füzuli və Şuşa şəhərlərində olublar

UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar tələbə konfransı keçirilib

Naxçıvan Dövlət Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 dekabr tarixli 447 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının kadr siyasəti və insan resurslarının idarə edilməsi sahəsində illik iş planlarının və həmin planlara əsasən illik hesabatların tərtib edilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası ərazisində dövlət  mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI