REGİONLAR
Vətəndaşlar güzəştli texnika və damazlıq heyvanları seçdikləri təchizatçıdan müqavilə ilə əldə edə bilirlər VİDEO
Bakı, 22 yanvar, AZƏRTAC
Hazırda bazarın liberallaşması istiqamətində bir sıra işlər görülür. Əvvəllər vətəndaşlar güzəştli texnika və damazlıq heyvanları yalnız lizinq yolu ilə ala bilərdilərsə, hazırda onlar bu texnikaları özlərinə uyğun seçdikləri təchizatçılardan əldə edə bilərlər.
AZƏRTAC xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Mirzə Əliyev jurnalistlərə müsahibəsində deyib.
O qeyd edib ki, əgər vətəndaşlar güzəştdən əlavə olan hissəni nağd ödəmək istəsələr birbaşa təchizatçı ilə müqavilə imzalanır və müvafiq güzəştlər edilir: “Kredit vasitəsi ilə müraciət edilərsə bu zaman 20 faiz ilkin ödəniş olunur, 40 faiz üzrə gömrük dəyərindən müvafiq güzəşt edilir, qalan hissəni isə vətəndaşlar 5 il ərzində faizsiz kreditlə ödəyə bilirlər”.