ELM VƏ TƏHSİL
“Vikipediya”da Qarabağ döyüşlərinin tank komandiri Əhməd Mehbalıyev haqqında məqalə yaradılıb
Bakı, 30 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən “Vikipediya”da Qarabağ müharibəsi şəhidi, “Azərbaycan bayrağı” ordenli Əhməd Mehbalıyev haqqında məqalə yaradılıb.
MEK-dən AZƏRTAC-a bildiriblər ki, məqalədə qəhrəmanın həyatı və döyüş yolu haqqında məlumatlar əksini tapıb. Qeyd olunub ki, Əhməd Mehbalıyev Qarabağ müharibəsində Şuşanın müdafiəsi zamanı xeyli erməni tankını məhv edib. Bundan sonra o, taqım komandiri kimi Laçın, Qubadlı, Kəlbəcər, Tərtər bölgələrində gedən ağır döyüşlərdə iştirak edib. Əhməd Mehbalıyev 24 yaşında Ağdamın Qızıl-Kəngərli kəndində texnika cəhətdən üstün olan erməni silahlı dəstələri ilə gedən qızğın döyüşlərdə şəhid olub.
Məqalə ilə daha ətraflı bu linkdə
tanış olmaq mümkündür.