ELM VƏ TƏHSİL


Vikipediyada professor Əsgər Abdullayev haqqında məlumatlar zənginləşdirilib

Vikipediyada professor Əsgər Abdullayev haqqında məlumatlar zənginləşdirilib

Bakı, 6 fevral, AZƏRTAC

Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları tərəfindən “Vikipediya”da ölkəmizdə avtomatik idarəetmə nəzəriyyəsi və neft-qaz sənayesinin avtomatlaşdırılması sahəsində tanınmış alim, AMEA-nın müxbir üzvü, professor Əsgər Abdullayev haqqında məqalənin Azərbaycan və rus dili versiyaları yenilənib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Vikipediya”da, həmçinin alimlə bağlı ingilis dilində yeni məqalə yaradılıb. Artıq oxucular professor Əsgər Abdullayevin həyatı, eləcə də elmi-pedaqoji fəaliyyəti haqqında Azərbaycan, ingilis və rus dillərində geniş məlumat əldə edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.