DÜNYA


Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan İdlibdəki vəziyyəti müzakirə edəcək

Bakı, 14 fevral, AZƏRTAC

Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında bu gün keçiriləcək danışıqların gündəliyində Suriyanın İdlib əyalətindəki vəziyyət, orada terrorçuların qalmaqda davam etməsi olacaq.

AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentininmətbuat katibi Dimitri Peskov bildirib.

Onun sözlərinə görə, Türkiyə, İran və Rusiya prezidentlərinin fevralın 14-də Soçidə baş tutacaq görüşündə Suriyanın konstitusiya komitəsinin formalaşdırılması, ABŞ-ın qoşunların çıxarılması barədə bəyanatından sonra bu ölkədəki vəziyyət və hələ də demilitarizasiya zonası yaratmağın mümkün olmadığı İdlib əyalətində işlərin gedişinin müzakirə ediləcəyi gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.