DÜNYA


Vladimir Zelenskinin andiçmə mərasimində 60 ölkənin rəsmiləri iştirak edəcək

Kiyev, 19 may, AZƏRTAC

Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenskinin andiçmə mərasimində təxminən 60 ölkənin prezidenti, hökumət başçıları və nazirləri iştirak edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Yekaterina Zelenko məlumat verib. Onun sözlərinə görə, andiçmə mərasimində Latviya, Litva, Estoniya, Gürcüstan və Macarıstanın prezidentləri, Türkiyənin vitse-prezidenti, Moldovanın Baş naziri, Belarus, Rumıniya, Slovakiya, Bolqarıstanın Baş nazirlərinin müavinləri, ABŞ-ın enerji, Kanadanın müdafiə, Fransanın Avropa məsələləri üzrə nazirləri, Polşanın xarici işlər naziri iştirak edəcək.

Bundan başqa 40 ölkənin yüksək hökumət nümayəndələrinin iştirakı təsdiqlənib.

Qeyd edək ki, Zelenskinin andiçmə mərasimi mayın 20-də səhər saat 10:00-da Ukrayna Ali Radasında başlayacaq.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.