İQTİSADİYYAT


Vüqar Gülməmmədov: Azərbaycan 2019-cu ilədək MDB məkanında iki Könüllü Milli Hesabat təqdim edən ilk ölkə olub

Vüqar Gülməmmədov: Azərbaycan 2019-cu ilədək MDB məkanında iki Könüllü Milli Hesabat təqdim edən ilk ölkə olub

Bakı, 23 may, AZƏRTAC

BMT və Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində birgə tərəfdaşlığı nəticəsində Azərbaycan dayanıqlı inkişafın iqtisadi, sosial və ekoloji aspektlərini əhatə edən 17 məqsədi, 88 hədəfi və 119 göstəricini prioritetləşdirib.

AZƏRTAC xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov ASOSAI Dayanıqlı İnkişaf Məqsədlərinə dair İşçi Qrupun İllik İclasında bildirib. Palata sədri qeyd edib ki, Azərbaycan 2019-cu ilədək MDB məkanında iki Könüllü Milli Hesabat təqdim edən ilk ölkə olub. Onun sözlərinə görə, ölkəmiz ötən dövr ərzində 2030 Gündəliyinə nail olmaq istiqamətində sadiqliyini nümayiş etdirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.