Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Vüqar Rəhimzadə: Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsinin böyük siyasi və mənəvi əhəmiyyəti var

Vüqar Rəhimzadə: Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsinin böyük siyasi və mənəvi əhəmiyyəti var

Bakı, 4 aprel, AZƏRTAC

İki ilə yaxındır ki, torpaqlarımızın özünün əzəli və əbədi sahibinə qovuşmasının, ərazi bütövlüyümüzün təmin edilməsinin sevincini yaşamaqla yanaşı, tarixi Zəfərimizin yaratdığı reallıqların dünya ictimaiyyəti tərəfindən təsdiqi və qəbulu istiqamətində biri-birindən əhəmiyyətli addımlar atılır. Bu gün dünya gücləri postmünaqişə dövrünün reallıqlarının həyata keçirilməsi ilə bağlı dəstəklərini göstərməyə hazır olduqlarını bildirir, onların təşəbbüsü ilə Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin görüşləri təşkil edilir, 2020-ci il 10 noyabr Bəyanatında əksini tapan müddəaların yerinə yetirilməsinin vacibliyi vurğulanır. 2021-ci ilin Moskva, Soçi və Brüssel görüşləri deyilənlərin təsdiqidir. O da məlumdur ki, bu günlərdə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin görüşü keçiriləcək.

Göründüyü kimi, atılan hər bir addım sülh təklifinin reallığa çevrilməsinə, regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasına, ən əsası 30 il göz yumulan həqiqətlərin hamı tərəfindən qəbuluna xidmət edir. Azərbaycan dövlətinin qətiyyəti, ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi sayəsində 44 gündə imza atdığımız tarixi Zəfər bundan sonrakı hədəflərimizə işıq salaraq, Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın inkişafı naminə mühüm tədbirlərin görülməsinə, bu torpaqların malik olduğu potensial imkanlardan səmərəli istifadəyə çağırışlar edir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın tarixi Zəfərimizdən dərhal sonra işğaldan azad edilmiş ərazilərimizə səfərləri, 2021-ci ildə gerçəkləşdirdikləri 32 səfər də bir çox məqamların təqdimatında əhəmiyyətli rol oynayır. Bu səfərlərin 7-si Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi, musiqi beşiyimiz Şuşa şəhərinə edilib. Tarixi Zəfərimizdən sonra ilk Novruz tonqalı da məhz Şuşada, Cıdır düzündə alovlandırıldı. Bu reallıqlar işğalçı Ermənistanı və ona havadarlıq edən dövlətləri 30 ildə bilərəkdən, maraqlarına uyğun olaraq qəbul etmədikləri həqiqətlərə ədalət gözü ilə baxmağa məcbur etdi. 28 ildə Şuşanı erməniləşdirməyə çalışan mənfur düşmən bunun mümkünsüzlüyünün şahidinə çevrildi”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Şuşa əməliyyatı artıq bir dastana çevrilib. Dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində Şuşa əməliyyatı haqqında müzakirələr, təhlillər aparılır. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bir çoxları, xüsusilə bu tarixi şəhərin öz sahiblərinə qovuşmasından sonra Şuşada olmuş insanlar inana bilmirlər ki, Azərbaycanın qəhrəman övladları yüngül silahlarla qayalara dırmaşaraq bizim mədəniyyət paytaxtımız, Qarabağın tacı Şuşanı işğalçılardan azad ediblər.

“Şuşanın gələcəkdə daha füsunkar olacağına əminlik üçün son il yarımda burada aparılan bərpa və quruculuq işlərinin miqyasına diqqət yetirmək kifayətdir” söyləyən YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, artıq mədəniyyət beşiyimizin əvvəlki şöhrəti özünə qaytarılır. Əvvəlcə dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Sənəddə də qeyd olunduğu kimi, Şuşa şəhəri tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olub. 1977-ci ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” Qərar qəbul edilib. Həmin qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Artıq işğaldan azad olunmuş ərazilərimizin, o cümlədən Şuşamızın işğal tarixini deyil, sahibinə qovuşduğu günləri qeyd edərək hər daşı, qayası tarix olan bu torpaqlarımızın bərpasının tezliklə başa çatdırılması, soydaşlarımızın böyük Qayıdışının reallığa çevrilməsi istiqamətində davamlı addımlar atılır. Dövlət başçısı İlham Əliyevin işğaldan azad olunmuş ərazilərdə ilk xüsusi nümayəndəsi məhz Şuşa şəhərinə təyin edildi. Tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir. Bu baxımdan Şuşada dövlət idarəetməsinin və hüquqi tənzimləmənin daha da təkmilləşdirilməsi şəhərdə tarixi-mədəni irsin bərpasına və qorunub saxlanmasına xidmət etməklə yanaşı, onun daim inkişafına şərait yaradacaq.

Vüqar Rəhimzadə qeyd edib ki, ötən ilin mayında “Xarıbülbül” musiqi festivalının, avqust ayında isə Vaqif Poeziya Günlərinin keçirilməsi ənənəsi bərpa edildi. Şuşa iki dost, qardaş ölkənin - Azərbaycan və Türkiyənin müttəfiqliyini təsdiqləyən Bəyannamənin imzalanmasına şahidlik etdi. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Şuşa şəhəri diplomatik mərkəz rolunda çıxış edir. Belə ki, Azərbaycan ilə BMT arasındakı münasibətlərin 30 illiyi, BMT-Azərbaycan tərəfdaşlığı martın 18-də ölkəmizin mədəniyyət paytaxtı olan Şuşa şəhərində qeyd edildi. Bunun böyük siyasi, diplomatik, eyni zamanda, rəmzi mənası var. Dünyanın ən nüfuzlu beynəlxalq təşkilatı olan BMT-nin postmünaqişə dövrünün reallıqlarını qəbul edərək, belə bir tədbirin Qarabağın tacı Şuşada keçirilməsində maraqlı olması həmin qurumun Təhlükəsizlik Şurasının bu gün tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnaməsinin reallıqlara söykəndiyini bir daha təsdiq etməklə Ermənistanın reallıqlarla barışıb sülh müqaviləsini imzalamasına bir çağırışdır.

YAP Xətai rayon təşkilatının sədri bu mühüm tədbirin ardınca martın 31-də Şuşa şəhərinin türk dünyasının mədəniyyət paytaxtı elan edilməsinin də böyük siyasi və mənəvi əhəmiyyəti olduğunu bildirərək deyib: “Bu barədə qərar Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının Türkiyənin Bursa şəhərində keçirilən iclasında qəbul olunub. Dövlətimizin başçısı İlham Əliyevin həqiqət anı kimi dəyərləndirdiyi 44 günlük İkinci Qarabağ müharibəsi həqiqətlərin təbliği və təqdimatı oldu. Azərbaycan Prezidentinin çağırışlarının əsasında bu mühüm məqam daim xüsusi yer alır ki, birliyimizdən çox şey asılıdır. Hər zaman türk dünyasının birliyinə, həmrəyliyinə səy göstərən Azərbaycanın bu ümdə vəzifənin reallaşmasına töhfələri göz önündədir və təqdir edilir. Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi də bu birliyin, həmrəyliyin təcəssümü, eyni zamanda, işğalçı Ermənistana, ona 30 ildən yaxın dövrdə və hazırkı postmünaqişə mərhələsində havadarlıq edən dövlətlərə ciddi mesajdır. Bir daha sübut olundu ki, Şuşa nəinki Azərbaycanın, bütün türk dünyasının mədəniyyət paytaxtıdır”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avtomobili səkidə idarə edən sürücü həbs olunub

Xınalığa qar yağır VİDEO

Bu gün Xalq rəssamı Əzim Əzimzadənin doğum günüdür

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa- “Neytral zona”

“Azercell” bu il günəş enerji panelləri ilə təchiz olunmuş 40-dək radiostansiya işə salmağı planlaşdırır

BMT Baş Assambleyası kosmosda nüvə silahlanmasına qarşıdır

AFFA Türkiyə millisinin sabiq baş məşqçisinə təklif göndərib

BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb

AZƏRTAC-ın fotomüxbirinin fotoşəkilləri iki beynəlxalq müsabiqənin qızıl medalına layiq görülüb

Çin yeni daşıyıcı raketi ilə orbitə 4 peyk çıxarıb

DİN: Mayın 6-da könüllü olaraq 4 müxtəlif tüfəng təhvil verilib

AÇG-nin builki gəlirləri 1,8 milyard dollara yaxın olub

Cari ildə Dövlət Neft Fondunun “Şahdəniz”dən əldə etdiyi gəlirlər açıqlanıb

AQTA əməkdaşları üçün COP29 tədbiri ilə bağlı təlimlər təşkil edilir

Mayın 7-si Ümumdünya Astma ilə Mübarizə Günüdür

Bakıda “IV Könüllü Milli Hesabata dair məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda tədbir keçirilir

Azərbaycan Orta Dəhlizin etibarlı ticarət marşrutu kimi yaranmasında mühüm rol oynayıb

“Mystery Ensemble” Bakıda Lüdoviko Eynaudinin “Underwater” albomunu təqdim edib

Mikayıl Cabbarov: Azərbaycan ilə Slovakiya arasında biznes mühiti daha da yaxşılaşacaq

Azərbaycan Basketbol Liqası: Son çempion “Xırdalan”a qarşı

Konya şəhərində "Anadolu Ankası - 2024" beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir VİDEO

Çempionlar Liqası: İlk finalçı bu gün Parisdə bəlli olacaq

Azərbaycan ilə Slovakiya arasında sənədlər imzalanıb

Dünya birjalarında neft bahalaşıb

Macarıstan Aİ-də işçi qüvvəsinin dəyərinə görə sonuncu yerlərdən birini tutur

AZAL Bakı və Dubay arasında uçuşlara xüsusi təkliflər edir

Paytaxtın üç rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Media: Rəfah keçid məntəqəsi işini dayandırıb

Azərbaycanın milli geyimi ABŞ-da nümayiş olunub

İlon Mask: Bəşəriyyət yadplanetli sivilizasiyaların əlamətlərini tapa bilər

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Şolts: 35 min alman hərbçisi lazım gələrsə, müttəfiqlərə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib VİDEO

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib VİDEO